İKMAL

is. [ ər. ] Tamamlama, bitirmə, qurtarma, mükəmməlləşdirmə.
Darülədəbin bilməliyiz qədrini, millət! İkmalına göstərməli olduqca həmiyyət. M.Hadi.
Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən ayrı düşmüşdü. S.S.Axundov.

□ İkmal etmək – tamamlamaq, axıra çatdırmaq, bitirmək, qurtarmaq.
Təlim və tədris ana dilində icra olunan məktəbi-ibtidaini ikmal etdikdən sonra, şagirdi rus edadiyyələrinə, yəni gimnaziyaya, realni [məktəblərə] təbiidir ki, qəbul etməzlər. Ü.Hacıbəyov.
[Varis:] …Mən varlı olduğum halda, orta məktəbi ikmal edib bu şapkanı qoya bilmədim. A.Şaiq.

İkmala yetirmək – bax ikmal etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İKMAL tamamlama — bitirmə — qurtarma
İKİZİRVƏLİ
İKONA

Digər lüğətlərdə