İKSİR

is. [ ər. əsli yun. ] Vaxtilə yalançı kimyagərlərin xariqüladə bir qüvvə və təsirə malik olduğunu zənn etdikləri mövhum bir maddə. [Hacı Kərim:] [Molla İbrahimxəlil kimyagər] məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər.
Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. M.F.Axundzadə.
Halbuki ağalar bütün ömrlərini buna sərf edirlər ki, iksir vasitəsilə bir şeyi döndərib özgə bir şey eləsinlər. C.Məmmədquluzadə.
[Xortdan:] …Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmaqla məşğuldur. Ə.Haqverdiyev.

// məc. Əlac, dava mənasında.
◊ Həyat iksiri – insanın ömrünü uzatmaq, cavanlığını mühafizə etmək üçün qədim kimyagərlərin tapmaq istədiyi sehrli içki.
İKS
İKTİFA

Digər lüğətlərdə

впро́холодь задёрганность изгаля́ться исправле́ние по-рыба́чьи повседне́вный хе́ппи-энд забора́ниваться исклева́ть леспромхо́з сиде́ние вотчина dawsonite granola meteorograph Norway passenger boat querulous sidling stagewinner tarantass unostentatious орбита предпоследний реакционный