İLDIRIMLI

sif.
1. Çox vaxt ildırım çaxan.
Ətəyində dalğalanan heyvanlar; İldırımlı dağlar, çöllər bizimdir! A.Şaiq.
Çoban Fərzəlidən əli üzülən, Dəli dağın ildırımlı gecəsini xatırlayan Alagöz hıçqıra-hıçqıra otağın küncünə çəkildi. S.Rəhimov.

2. məc. Təşbehlərdə: parlayan, işıqsaçan, ehtiraslı, iti mənasında.
Əsir qızın ildırımlı gecələri andıran qara gözlərində … [şair] həyatının yeni bir məna ilə titrədiyini gördü. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İLDIRIMLI şimşəkli
İLDIRIM
İLDIZ

Digər lüğətlərdə