İMAMZADƏ

imam oğlu, imam övladı; etiqaddan törəmiş.
İMAMYAR
İMAN
OBASTAN VİKİ
İmamzadə
İmamzadə və ya İmamzada (fars. امامزاده‎) — On iki şiə imamlarının uşaqları və ya onların türbələrinə deyilir.
İmamzadə (Qəzvin)
Yalə Günbəd (fars. يله گنبد‎), İmamzadə və ya İmamzadə Yeləgümbəz — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 429 nəfər yaşayır (105 ailə).
İmamzadə (Urmiya)
İmamzadə (fars. امامزاده‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (150 ailə).
İmamzadə Yeləgümbəz
Yalə Günbəd (fars. يله گنبد‎), İmamzadə və ya İmamzadə Yeləgümbəz — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 429 nəfər yaşayır (105 ailə).
İmamzadə piri
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
İmamzadə türbəsi
İmamzadə türbəsi (Şamaxı) — Şamaxı şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi İmamzadə türbəsi (Bərdə) — Bərdə şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi İmamzadə türbəsi (Gəncə) — qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi. İmamzadə türbəsi (Bülbülə) — Suraxanı rayonunun Bülbülə kəndində XVIII əsrə aid memarlıq abidəsi. İmamzadə türbəsi (Naxçıvan) — Naxçıvan şəhərinin ən qədim ziyarətgahı. İmamzadə türbəsi (Nehrəm) — Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid memarlıq abidəsi.
Gəncə İmamzadə türbəsi
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Naxçıvan İmamzadə türbəsi
Naxçıvan İmamzadə türbəsi — Naxçıvan şəhərin cənub-şərq hissəsində, qədim Yezidabad qalasının qərb tərəfində yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsidir. Şəhərin digər vacib abidəsi olan Nuh türbəsinin yaxınlığında yerləşən Naxçıvan imamzadəsi bir-biri ilə yanaşı yerləşən üç türbə binasından ibarətdir. Binaların üçü də Səfəvi memarlığının və yerli Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə birləşdirir. Türbə daxilindəki məzarın üzərində onun kimə məxsus olması haqqında məlumat yoxdur. Yerli əhalinin bildirdiyinə görə bu, səkkizinci şiə imamı Rzanın oğlunun qəbridir. Bu fikri rus alimi V. M. Sısoyev də qeyd etmişdir. O, həmçinin burada olan böyük qəbirin üzərində yazısı olan sarı mərmər daşdan sinə daşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara daşın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir. Qəbrin səkkizinci imamın oğluna aid olması fikrinin doğru olmasına gəldikdə isə onun xalq arasında imamzadə adlandırılması bu fikri deməyə əsas verir.
Nehrəm İmamzadə türbəsi
İmamzadə türbəsi — Babək rayonunun Nehrəm qəsəbəsində XVIII əsrə aid memarlıq abidəsi. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbəsi məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.
İmamzadə Abbas (Komican)
İmamzadə Abbas (fars. امامزاده عباس‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 229 ailədə 464 nəfəri kişilər və 441 nəfəri qadınlar olmaqla cəmi 905 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
İmamzadə Vəli Türbəsi
İmamzadə Vəli Türbəsi – İranda, Qəzvinin Ziyaabad kəndinin mərkəzi meydanının ortasında yerləşən bu türbə plan quruluşu baxımından Marağadakı Qırmızı Günbəd Türbəsinə bənzəyir. Abidənin tikinti kitabəsi qalmasa da araşdırmaçı P. Vərcavənd onu hicri VI əsrin (miladi XII əsr) əsəri hesab edir. Türbənin əsas hissəsi planda kvadrat biçimli (5,90 x 5,90 m) olub, qərb tərəfində giriş gözü açılmışdır. Qalan üzlərin bayır səthlərinin hər birini iki sivri dayaz tağça bəzəyir. İmamzadə Vəli türbəsinin Qırmızı Günbəd Türbəsiylə oxşarlığı bununla bitmir. Qəzvində yerləşən bu türbədə də memar əsas tutumu kərpicdən tikmiş və onu iri daşlardan hörülən səki (hündürlüyü 1,10 m) üzərində qaldırmışdır. Qırmızı Günbəd Türbəsinin kubvari gövdəsinin küncləri silindrik kərpic sütunlar şəklində işləndiyi halda, İmamzadə Vəli türbəsində bayır künclər yüngülcə kəsilmişdir. Bayır üzlərdə heç bir bəzək əlaməti yoxdur. Sonrakı yüzillərdə türbənin qapısı önündə uzunsov yerləşgə artırılmış, qülləvari görünüşünü itirən abidə imamzadəyə çevrilmişdir. Görünür türbənin örtüyü də həmin bərpa və yenidənqurma işləri zamanı dəyişdirilərək indiki biçimə salınmışdır.
İmamzadə türbəsi (Bülbülə)
İmamzadə türbəsi (Bülbülə) Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstaniİrəm" əsərində belə qeyd etmişdir. "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur" Hal — hazırda imamzadə kompleksindən yadigar qalan təkcə bir yazılı daşdır ki, o da Bakıda Qız qalası ilə üzbəüz açıq sərgidə nümayiş etdirilir. Ərəbcə gözəl süls xətti ilə yazılmış bu kitabədə deyilir: "Bu böyük abidənin tikilməsinə əzəmətli sultan Şah Abbas əl-Hüseyni vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. 1033 (1623–1624)". İmamzadə kompleksi 4 binadan ibarət olub, müqəddəs imam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülübmüş. Qəbrin üzərində daş sənduqə (2–10x0,73 metr) varmış. Türbənin şərq divarından açılan qapıdan daxil olunan 2-ci otağın planı düzbucaqlı imiş. Burada isə 3 qəbir varmış ki, imamın nökərləri dəfn olunubmuş. Hər iki türbə xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş və ələmlərlə bəzədilmişdi. Türbənin şimal divarına bitişik məscid binası (8,77x9,55 m.) varmış.
İmamzadə türbəsi (Bərdə)
Bərdə İmamzadə türbəsi — Bərdə şəhərinin mərkəzində yerləşən tarixi dini-memarlıq abidəsidir. Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən, onun ətrafında məscid inşa edilmiş, beləliklə də dini abidə kompleksi yaranmışdır. Bərdə imamzadəsinin inşası zamanı Arran memarlıq məktəbinin fiqurlu hörgü və daş-kərpic sıralamasından istifadə ənənəsi cəsarət və uğurla istifadə olunmuşdur. Binanın inşası zamanı, həm də daha əvvəl Mömünə Xatun türbəsi və Bərdə türbəsinin memarlığında rast gəlinən fasadın müxtəlif elementlərinin eyni profil və ya xəttlə çərçivələnməsi üsulundan istifadə edilmişdir. Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur Gülüstani-İrəm əsərində belə qeyd etmişdir. Məlumatlara görə, buradakı türbədə İsmaili və Cəfəri şiələrinin 5-ci imamı Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub. Məhəmməd əl-Baqirin 3-cü oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. 1891-ci ildə Bərdə imamzadə türbəsini tədqiq etmiş akademik Boris Dorn yazır ki, “...Orda həm də qədim İbrahim imamzadəsii vardır ki, haqqında hansısa məlumat saxlanılmamışdır. Lakin, o, ibadət yeri kimi fəaliyyət göstərir. Köhnə binanın təmiri, onun sahibinə 3000 gümüş rubla başa gəlmişdir.” Ə. Salamzadə yazır ki, əvvəlcə bu tikili ehtimal ki, ancaq türbə olmuşdur.
İmamzadə türbəsi (Gəncə)
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
İmamzadə türbəsi (Masallı)
İmamzadə ziyarətgahı Masallı rayonunun Hişkədərə kəndi ərazisində yerləşən tikili. Ocağın yaranma tarixi XVI əsrə aid edilir Ziyarətgah, həmçinin "Nəzirə xanım ocağı" və "Nəzirə xanım türbəsi" kimi tanınır. Rəvayətə görə, burada İmam Museyi-Kazımın nəvələrindən biri Nəzirə xanım dəfn edilib. Nəzirə xanım təqiblərdən yaxa qurtarmaq üçün Azərbaycana köçmüşdür. Məqbərənin önündə olan kitabədə isə burada İmam Museyi-Kazımın nəvəsi İbrahimin dəfn olunduğu qeyd edilir. 1880–1890-cı illərdə orada yaşayan kənd ağsaqqalı Mirzəcan Səlimov qəbrin yerində taxtadan daxma tikib. Sonra isə kənd sakinləri Mirzağa və Əbülfəz onu sökərək yenidən kərpicdən inşa ediblər, lakin tikili sonradan dağılıb. 1950-ci illərdə sovet hökuməti bu ocağı ziyarət etməyi qadağan etmək istəsə də, buna nail ola bilməyib. 1960-cı ildə hökumətdən gizli olaraq kənd sakinləri İmamzadənin üstünü çay daşları ilə düzəldiblər. Buna baxmayaraq, tikili zaman keçdikcə yararsız hala düşmüşdür.
İmamzadə türbəsi (Naxçıvan)
Naxçıvan İmamzadə türbəsi — Naxçıvan şəhərin cənub-şərq hissəsində, qədim Yezidabad qalasının qərb tərəfində yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsidir. Şəhərin digər vacib abidəsi olan Nuh türbəsinin yaxınlığında yerləşən Naxçıvan imamzadəsi bir-biri ilə yanaşı yerləşən üç türbə binasından ibarətdir. Binaların üçü də Səfəvi memarlığının və yerli Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə birləşdirir. Türbə daxilindəki məzarın üzərində onun kimə məxsus olması haqqında məlumat yoxdur. Yerli əhalinin bildirdiyinə görə bu, səkkizinci şiə imamı Rzanın oğlunun qəbridir. Bu fikri rus alimi V. M. Sısoyev də qeyd etmişdir. O, həmçinin burada olan böyük qəbirin üzərində yazısı olan sarı mərmər daşdan sinə daşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara daşın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir. Qəbrin səkkizinci imamın oğluna aid olması fikrinin doğru olmasına gəldikdə isə onun xalq arasında imamzadə adlandırılması bu fikri deməyə əsas verir.
İmamzadə türbəsi (Parçı)
Parçı imamzadəsi — Şərur rayonunun Parçı kəndində (hazırda Xanlıqlar kəndinə birləşdirilmişdir), orta əsrlərə aid ziyarətgah. Bu imamzadə keçən əsrin əvvəllərində Xanlıqlar kəndi ilə birləşdirilən Parçı kəndində yerləşir. Elə kəndin adı ilə "Parçı imamzadəsi" adlanır. Yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidə kəndin şimal hissəsində yerləşir. Günbəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir vardır. Son dövrlərdə aparılan təmir işləri zamanı qəbrin üstü götürül­müş, başdaşı və sinədaşı qoyulmuşdur. Lakin üzərində heç bir kitabə yoxdur. 1925-1928-ci illərdə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 nömrəli protokolda göstərilmişdir ki, Xanlıqlar kəndinə bitişik Parçı kəndində üstündə böyük günbəzi və geniş həyəti olan bir pir vardır ki, camaat onu "Şahzadə İbrahim ibn Musa" ziyarətgahı adlandırır. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbrin kitabəsində "İbrahim ibn Musa" yazıl­mışdır.
Osmancıqlı İmamzadə Xəlil Paşa
Osmancıqlı İmamzadə Xəlil Paşa - Osmanlı Dövləti sədrəzəmlərindəndir. 18 dekabr 1406 tarixindən 1413-ci ilə qədər Fetrət Dövrü dönəmində I. Mehmedə vəzir-i əzəmlik etmiş Osmanlı dövlət adamıdır. Atası Heydər Paşadır. Doğum yeri Çorum'un bugünkü rayonu olan Osmancıqdır. 1402-ci ildə Ankara müharibəsində İldırım Bəyazidin, Teymuri ordularına məğlub olmasından sonra başlayan Fetrət Dövründə Osmanlıların yenidən bir araya gəlməsində Osmancıqlı Xəlil Paşanın, Çələbi Mehmedin Osmanlı gücünü yenidən toplamasında çox qiymətli yardımları olmuşdur. Bunun müqabilində Xəlil Paşa, əvvəl Anadolu Bəylərbəyi edilmiş daha sonra 18 dekabr 1406 Çələbi Mehmedin sədrəzəmliyinə yüksəldilmişdir. 1413-ci ilə qədər ona sədrəzəmlik etmişdir. Xəlil Paşanın oğlu Osmancıqlı (Amasyalı) Qoca Mehmed Nizamüddin Paşa 1429-1438 dönəmində II. Muradın sədrəzəmi olmuşdur.
İmamzadə Əlaəddin türbəsi (Avəc)
İmamzadə Əlaəddin türbəsi — İran Azərbaycanının Qəzvin ostanının Avəc şəhristanının İmamzadə Əlaəddin kəndində yerləşən türbə və məscid. Türbə Avəc şəhərindən 20 km qərbdə Quzey dağının ətəyində yerləşir. Binada 2019-cu ildən etibarən təmir işləri aparılmışdır. == Memarlığı == Təxminən 15,5 x 14,5 metr ölçüləri olan bu türbə memarlıq cəhətindən düzbucaqlı formaya malikdir və onun əsas gövdəsi platforma və bir metrlik altlıq üzərində yerləşdirilib. Binanın daxili və xarici bəzəkləri demək olar ki yoxdur və sadə formadadır.
İmamzadə Kamal türbəsi (Ziyaabad)
İmamzadə Kamal türbəsi — İran Azərbaycanının Qəzvin ostanının Takistan şəhristanının Ziyaabad şəhərinin Yamçı məhəlləsində yerləşən türbə və məscid. == Tarix == Yazılara və yerli əhaliyə görə bu yer şiə müsəlmanların yeddinci imamı Musa Kazımın oğlu Kamalın türbəsidir və onun möhkəm memarlığını və kərpic hörməsinə göstərilən qayğını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, çox binanın tikintisi zamanı ona hörmət və diqqət göstərilmişdir. İmamzadənin daş kitabəsinə görə bu tikili 1456-ci ildə Qaraqoyunlular dövründə tikilmişdir. Bu binaya hələ də bölgə əhalisi tərəfindən böyük hörmət və diqqət göstərilir. == Memarlığı == Məqbərə binası üç hissədən ibarətdir və onun əlavə iki hissəsi tamamilə yenidir və heç bir bədii dəyəri yoxdur. Binanın daxili forması da altıbucaqlıdır və doğranmışdır. Türbənin günbəzi iki qatlı damar tiplidir. Bu İmamzadənin binası altıbucaqlı, qayalı konusvari günbəzli, tamamilə kərpicdən tikilmiş binadır. Bu binanın hər tərəfinin uzunluğu 95,3 metrdir. Binanın günbəzi iki hissədən ibarət altıbucaqlı əsas üzərində qurulub.
İmamzadə İbrahim türbəsi (Zəncan)
İmamzadə İbrahim türbəsi və ya İmamzadə Seyid İbrahim türbəsi — İran Azərbaycanının Zəncan ostanının Zəncan şəhristanının Zəncan şəhərində yerləşən türbə və məscid. == Memarlığı == İmamzadənin binası əvvəlcə dörd tağlı üslubda olub, gözəl günbəzlə örtülmüşdü. 1959-cu ildə bu kompleks daha yaxşı olmaq üçün sökülüb və köhnə tikiliyə uyğun olaraq yenidən təmir edilib. Günbəz dörd sırğa ilə dəstəklənən tək üzlük tiplidir və sırğalarla günbəz arasında səkkiz səma pəncərəsi quraşdırılmışdır. Günbəzin içərisi moqran və düyünlərlə bəzədilib, “Cümə” surəsi ustad Cavad Mir Məhəmməd Rezai Zəncani tərəfindən yazılmış və ustad Şaban Azadi Zəncani tərəfindən suvanmış gözəl “Süls” xətti ilə yazılmışdır. Xarici tərəfdə Tolut Zənciri yazısı ilə Mübarəkə (Əl-Bruc zatının adları) surəsi yazılmışdır. Bu məqbərənin ən qədim hissəsi şimal giriş qapısı və onun yanlarında yerləşən minarələrdir. Bu ziyarətgah 1960-cı ildə memar İbrahim Soltani tərəfindən tikilib və minarələrin üstündə Ustad Axır əz-Zəkr tərəfindən yazılmış gözəl “Süls” şrifti ilə Mübarəkə Əhzab surəsinin 55-ci ayəsi yazılmışdır. Məqbərədə yerləşən zərih isə 1977-ci ildə İsfahan şəhərində qayırılaraq buraya gətirilmişdir.
Bərdə İmamzadə türbəsi
Bərdə İmamzadə türbəsi — Bərdə şəhərinin mərkəzində yerləşən tarixi dini-memarlıq abidəsidir. Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən, onun ətrafında məscid inşa edilmiş, beləliklə də dini abidə kompleksi yaranmışdır. Bərdə imamzadəsinin inşası zamanı Arran memarlıq məktəbinin fiqurlu hörgü və daş-kərpic sıralamasından istifadə ənənəsi cəsarət və uğurla istifadə olunmuşdur. Binanın inşası zamanı, həm də daha əvvəl Mömünə Xatun türbəsi və Bərdə türbəsinin memarlığında rast gəlinən fasadın müxtəlif elementlərinin eyni profil və ya xəttlə çərçivələnməsi üsulundan istifadə edilmişdir. == Tarixi == Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur Gülüstani-İrəm əsərində belə qeyd etmişdir. Məlumatlara görə, buradakı türbədə İsmaili və Cəfəri şiələrinin 5-ci imamı Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub. Məhəmməd əl-Baqirin 3-cü oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. 1891-ci ildə Bərdə imamzadə türbəsini tədqiq etmiş akademik Boris Dorn yazır ki, “...Orda həm də qədim İbrahim imamzadəsii vardır ki, haqqında hansısa məlumat saxlanılmamışdır. Lakin, o, ibadət yeri kimi fəaliyyət göstərir. Köhnə binanın təmiri, onun sahibinə 3000 gümüş rubla başa gəlmişdir.” Ə. Salamzadə yazır ki, əvvəlcə bu tikili ehtimal ki, ancaq türbə olmuşdur.
İmamzadə türbəsi (Nehrəm)
İmamzadə türbəsi — Babək rayonunun Nehrəm qəsəbəsində XVIII əsrə aid memarlıq abidəsi. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbəsi məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.
İmamzadə türbəsi (Şamaxı)
İmamzadə türbəsi — Şamaxı şəhəri ərazisində yerləşən məscid. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstani-İrəm" əsərində belə qeyd etmişdir. "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur» Türbə Şamaxı şəhərinin mərkəzi hissəsindəki "İmamlı" küçəsində yerləşir. Dördüncü imam Zeynalabdinin övladlarından biri – Əlləma Seyid Məhəmməd Saleh əl-Müdərrisin məzarı üzərində tikilmişdir. Həyətində həmçinin, uzun müddət burada axundluq etmiş, tanınmış Seyid Mirmehdi ağa Seyidəli oğlu 1911-ci ildə torpağa tapşırılmışdır. Əsası 1370-ci ildə qoyulmuş, 1910-1917 illərdə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilmişdir. Ümumiyyətlə isə onun beş dəfə tikildiyi ehtimal edilir. 1993-2000-ci illərdə Axund Hacı Elşən Rüstəmovun başçılığı ilə yenidən bərpa olunmuşdur, burada eyni vaxtda 400 nəfərin ibadət etməsi mümkündür. Məscid kompleksi üç hissədən — ziyarətgah (Dördüncü İmam Zeynalabdinin övladlarından biri Seyid Məhəmməd Saleh əl-Müdərrisin və Axund Mirmehdi Seyidəli oğlu burada dəfn olunub) ibadət yeri və hüseyniyədən ibarətdir.
Şamaxı İmamzadə məscidi

Hüseyn İmamzadəsi (Qəzvin)
Hüseyn İmamzadəsi — Qəzvində yerləşən və VIII şiə imamı Rzanın oğlu İmamzadə Hüseynin məzarı üzərində Səfəvi hökmdarı I Təhmasibin XVI əsrin ortalarında tikdirdiyi məsciddir. Məscid, türbə və ya məzar kompleksi tikildiyi zamandan ziyarət yeri kimi fəaliyyət göstərmişdir. == Tarixi == Məscidin və ya türbənin adı VIII imam Rzanın oğlunun adından götürülmüşdür. O, 821-ci ildə atası Xorasana keçərkən Qəzvində ikən vəfat etmiş və burada dəfn edilmişdir. Vəfat edən zaman o, iki yaşında olmuşdur. Burada həmçinin Səfəvi sülaləsindən olan şəxslər də dəfn edilmişdir. I Təhmasibin paytaxtlarından biri də bu şəhərdə yerləşirdi və buradakı məscid də onun tərəfindən tikilmişdir. Daha sonra onun qızı olan Zeynəb Bəyim 1630-cu ildə buranı daha da genişləndirmiş və təmir etdirmişdir. Bu, məscidin üzərində yerləşən kirəmitdə də qeyd edilmişdir. == Memarlığı == Türbə öz divarlı bağçası, bitki cərgələri, kiçik eyvanları, taxçaları, qəbir daşları və qiymətli mavi və krem rəngli kafel bəzəkləri ilə bahalı materiallarla hazırlanmış saray kompleksini xatırladır.
Həmzə imamzadəsi
Seyid Həmzə türbəsi — Təbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. == Tarixi == Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi — şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.
Parçı imamzadəsi
Parçı imamzadəsi — Şərur rayonunun Parçı kəndində (hazırda Xanlıqlar kəndinə birləşdirilmişdir), orta əsrlərə aid ziyarətgah. Bu imamzadə keçən əsrin əvvəllərində Xanlıqlar kəndi ilə birləşdirilən Parçı kəndində yerləşir. Elə kəndin adı ilə "Parçı imamzadəsi" adlanır. Yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidə kəndin şimal hissəsində yerləşir. Günbəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir vardır. Son dövrlərdə aparılan təmir işləri zamanı qəbrin üstü götürül­müş, başdaşı və sinədaşı qoyulmuşdur. Lakin üzərində heç bir kitabə yoxdur. 1925-1928-ci illərdə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 nömrəli protokolda göstərilmişdir ki, Xanlıqlar kəndinə bitişik Parçı kəndində üstündə böyük günbəzi və geniş həyəti olan bir pir vardır ki, camaat onu "Şahzadə İbrahim ibn Musa" ziyarətgahı adlandırır. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbrin kitabəsində "İbrahim ibn Musa" yazıl­mışdır.
İmamzadə Əqil türbəsi (Yasukənd)
İmamzadə Əqil türbəsi — İran Azərbaycanının Kürdüstan ostanının Bicar şəhristanının Yasukənd şəhərində yerləşən türbə və məscid. == Tarix == İmamzadə Əqil türbəsi bölgədə İslam dövründən qalmış ən qədim memarlıq əsərlərdən biridir və çox güman ki, Səlcuqlular dövrünə aiddir. Bu imamzadənin binası böyük bir tarixi ərazidə yerləşir və onun saxsı məmulatları çox güman ki Səlcuqlu və Elxanilər dövründən qalmışdır. == Memarlığı == Bu bina kvadrat şəklində və daxili ölçüləri 6x5,6 metrdir. Binanın hər tərəfində tağ, künclərdə dairəvi sütunlar var. Bu binanın memarlığını fərqləndirən cəhətlərdən biri də müxtəlif dizayn və yazılarla kərpic hörmələridir və “Bismillah” kəlməsinin işlənməsidir. Binanın içərisində maraqlı stükko bəzəkləri və kufi xətti ilə yazılar var. Yazılarda Quran ayələri və ehtimal ki, tikilmə tarixi qeyd olunub. Binanın günbəzi dağıdılıb. Tikintidə istifadə olunan memarlıq və bəzək növü onun tikilmə tarixini Səlcuqlular dövrünə aid olduğunu göstərir və Elxanilər dövründə də istifadə olunduğunu göstərir.

Digər lüğətlərdə