Şamaxı İmamzadə məscidi

İmamzadə türbəsiŞamaxı şəhəri ərazisində yerləşən məscid. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.[1][2]

İmamzadə türbəsi
Xəritə
40°37′42″ şm. e. 48°38′10″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Şamaxı
Yerləşir Şamaxı
Memar Zivər bəy Əhmədbəyov (restovrasiya)
Əsas tarixlər 1991-ci ildə restavrasiya edilib
Tikilmə tarixi 1370
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Minarələri 2
Günbəzləri 4
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.[1]
Kateqoriyaməscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
İmamzadə türbəsi (Azərbaycan)
İmamzadə türbəsi

Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstani-İrəm" əsərində belə qeyd etmişdir. "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur»[3]

Türbə Şamaxı şəhərinin mərkəzi hissəsindəki "İmamlı" küçəsində yerləşir. Dördüncü imam Zeynalabdinin övladlarından biri – Əlləma Seyid Məhəmməd Saleh əl-Müdərrisin məzarı üzərində tikilmişdir. Həyətində həmçinin, uzun müddət burada axundluq etmiş, tanınmış Seyid Mirmehdi ağa Seyidəli oğlu 1911-ci ildə torpağa tapşırılmışdır. Əsası 1370-ci ildə qoyulmuş, 1910-1917 illərdə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilmişdir. Ümumiyyətlə isə onun beş dəfə tikildiyi ehtimal edilir. 1993-2000-ci illərdə Axund Hacı Elşən Rüstəmovun başçılığı ilə yenidən bərpa olunmuşdur, burada eyni vaxtda 400 nəfərin ibadət etməsi mümkündür.[4]

Məscid kompleksi üç hissədən — ziyarətgah (Dördüncü İmam Zeynalabdinin övladlarından biri Seyid Məhəmməd Saleh əl-Müdərrisin və Axund Mirmehdi Seyidəli oğlu burada dəfn olunub) ibadət yeri və hüseyniyədən ibarətdir.[5]

Hazırda məscidin Axundu Hacı Elşən Rüstəmovdur.

  1. "İmamzadə ziyarətgahı. anl.az". 2019-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
  2. "İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində yaradılan şəraitlə tanış olub. president.az". 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
  3. Gülüstani-İrəm, s. 35-37]
  4. Əd.: K.Abdullayev “Azərbaycanda müqəddəs ziyarətgahlar”, Bakı, “Çinar-Çap”, 2007, s. 60
  5. "Səyyah Engelbert Kempfer və Bülbülə İmamzadəsi. medeniyyet.az". 2019-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]