1. Daha incə bir hala salmaq.
2. Arıqlatmaq, zəiflətmək, üzmək, incəlməsinə səbəb olmaq.
Az qala ki, sənin həsrətin bizi; İncəldibən üzə, qurban olduğum.
Ay nazənin, dərdin mənim canımı; Az qalıb incəldə, ay üzə-üzə.
Eşqə düşənləri axırda bu dərd; Əridər, incəldər, natəvan eylər.
3. Bir şeyi yonub, rəndələyib incə etmək, naziklətmək, nazikləşdirmək. Taxtanı incəltmək.