İNSAFSIZ

1. İNSAFSIZ [Dövlət bəy:] Siz insafsız, Aydın xoşbəxt olduğu qədər mən bədbəxtəm (C.Cabbarlı); BİİNSAF Ömrümün bağçası döndü xəzələ; Biinsaf, bivəfa yar dedi, getdi (M.Rahim); DİLAZAR Dil verməz idim mən sənə ey yari-dilazar.. (S.Ə.Şirvani); NAİNSAF Fəxrəddin bəy: Bitərbiyət, qanmaz, bihəya, yalançı.. nainsaf, bimürvət (N.Vəzirov); ZALIM (bax).

2. insafsız bax vicdansız; ədalətsiz

İNSAFLI
İNSAFSIZLIQ

Digər lüğətlərdə