İRƏMƏ

is. Yer səthindən azacıq hündür olan yer; təpə, dikdir.
İrəmələr, ay irəmələr; Qoynunda kəkliklər mələr. (Mahnı).
…İrəmələrdəki kəklik, taxılların içindəki turac və bildirçin … nadir quşlardır. Ə.Vəliyev.
Doluxsunmuş buludlara qan çilənir elə bil; Dalır axşam sükutuna o irəmə, o sahil. Ə.Cəmil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İRƏMƏ təpə — dikdir
İRƏM
İRƏŞ

Digər lüğətlərdə