İRİLƏŞMƏK

f. Daha iri olmaq; həcmcə, ölçücə, cüssəcə daha da böyümək; yekələnmək, irilənmək. Meyvələr gündən-günə yetişib iriləşir.
[Fərmanın] ortaboylu nazik vücudu getdikcə iriləşir, bədənindəki uşaq kövrəkliyi daha az hiss olunurdu. Ə.Sadıq.
Göy yerə töküləcəkmiş kimi müdhiş bir gurultu qopdu.
Əvvəl xırda, get-gedə iriləşən quşbaşı dolu yağdı. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İRİLƏŞMƏK iriləşmək bax yekəlmək, böyümək 2

Antonimlər (əks mənalı sözlər)

  • İRİLƏŞMƏK İRİLƏŞMƏK – BALACALAŞMAQ Səfiqulu bəyin gözləri iriləşib oynamağa başlayırdı (M.İbrahimov); Həmin şəklin önündə qubernator lap balacalaşır
İRİLƏŞMƏ
İRİLƏTMƏ

Digər lüğətlərdə