İSFƏNDİYAR

Allahın bağışladığı, Tanrının hədiyyə etdiyi.
İSFAR
İSGƏNDƏR
OBASTAN VİKİ
İsfəndiyar
İsfəndiyar — kişi adı. İsfəndiyar Rüstəmov — Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. İsfəndiyar Vahabzadə — filologiya elmləri doktoru, professor, diplomat İsfəndiyar xan — Şeybanilər sülaləsindən 14-cü özbək xanı. İsfəndiyar Bərxu — Azərbaycan Milli-azadlıq Hərəkatının fəallarından biri İsfəndiyar bəy İbrahimbəyov — Azərbaycanın səhiyyə təşkilatçılarından biri İsfəndiyar Mədətov — Birinci Qarabağ doyüşləri şəhidi İsfəndiyar Haqqıxlı — XX əsrin əvvəllərində tanınmış qaçaq. İsfəndiyar (mərzban) — Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. İsfəndiyar Qarabaği — Cənubi Azərbaycanlı müğənni.
İsfəndiyar (mərzban)
İsfəndiyar ibn Fərruxzad — Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. Fərruxzad Bavəndinin oğlu. 639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Azərbaycana soxuldu . Nəhavənd döyüşündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək , ölkəni tabe etməyə girişdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukeyrin Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür. Mənbələrə görə, mərzban İsfəndiyar qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi. Dirənmə uzun çəkdi, Bukeyr və Utba adlı ərəb sərkərdələrinin qoşunları da buraya yeridildi.
İsfəndiyar Bərxu
İsfəndiyar Əli oğlu Bərxu və ya İsfəndiyar Coşqun - Azərbaycan Milli-azadlıq Hərəkatının fəallarından biri, Azərbaycan Milli Hökümətinin fədai dəstələrinin üzvü, dissident, ustad qarmon ifaçısı və şair. İsfəndiyar Əli oğlu Bərxu 1929-cu il (pasportda 1925-ci il) sentyabrın 14-də Gəncə şəhərində, Cənubi Azərbaycandan olan mühacir ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkirdə keçirmişdir. Sonradan Stalinin əmrinə əsasən İrandan və Cənubi Azərbaycandan olan mühacirlərin ölkədən çıxarılması zamanı İsfəndiyar Bərxunun da ailəsi Azərbaycan SSR-dən çıxarılmışdır. 1941-ci ilin iyun ayının 22-də alman-sovet müharibəsi başladıqdan sonra Qızıl Ordu hissələri Sovet-İran müqaviləsinin (1921-ci il) 6-cı maddəsinə görə İrana daxil oldular. İranda siyasi iqlim yumşaldı və siyasi təşkilatlar fəaliyyətə başladı. 12 yaşlı İsfəndiyar Bərxu da bu təşkilatlardan birinə kömək edirdi. 1945-ci ilin dekabrın 12-də Təbrizdə Azərbaycanın Milli Hökuməti elan edildikdə, onu qorumaq məqsədi ilə fədai dəstələri yaradıldı. 16 yaşlı İsfəndiyar Bərxu da əlinə silah alaraq fədailərə qoşulmuşdur. Azərbaycan Milli Hökumətinə savadlı hərbi kadrlar lazım olduğundan 1946-cı ilin iyulunda bir qrup gənc Bakıya hərbi məktəbə oxumağa gəldi. Onların arasında İsfəndiyar da var idi.
İsfəndiyar Haqqıxlı
İsfəndiyar Haqqıxlı - XIX əsrin sonu, XX əsrin əvvəllərində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı olmuşdur.
İsfəndiyar Qarabaği
Doktor İsfəndiyar Qarabaği — Cənubi Azərbaycanlı müğənni. 1942-ci ildə Təbrizin Qarabağlılar məhəlləsində dünyaya gəlibdir. O, İtaliyada musiqi sahəsində təhsil alıb. O, Traktor Sazi futbol klubunun rəsmi mahnısının müğənnisidir.
İsfəndiyar Rüstəmov
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü. İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
İsfəndiyar Vahabzadə
İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə (4 avqust 1954, Bakı) — filologiya elmləri doktoru, professor, diplomat, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvü. İsfəndiyar Vahabzadə 4 avqust 1954-cü ildə Bakıda anadan olmuşdur. 1971–1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1986–1988-ci illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. 2002–2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecinin müəllimi olmuşdur. Filologiya elmləri doktoru, professor və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin (1996) və Belarus Yazıçılar İttifaqının, eləcə də Belarus Jurnalistlər Birliyinin üzvüdür. Fars, dari, türk və rus dillərini bilir. Bəxtiyar Vahabzadənin oğludur. 1976–1979-cu illərdə İranın Hərbi Nazirliyində hərbi tərcüməçi işləmişdir.
İsfəndiyar xan
İsfəndiyar xan (?-1643)—Şeybanilər sülaləsindən 14-cü özbək xanı. I Şah Səfi hakimiyyətə keçdikdən az sonra 1629-cu ildə Urgənc hakimi İsfəndiyar xan (1623-1642) Mərvə hücum edir. Məhəmməd Məsum onun Mərvə hücumuna I Şah Abbasın ona etmiş olduğu yaxşılıqlara cavab olaraq naşükürlüyə yol verməsi kimi baxır. O, yazır ki, Urgənc hakimi İsfəndiyar xan və onun yaxınlarına Səfəvi sarayında nəvaziş göstərilmiş, dəfələrlə müzəffər Səfəvi ordusunun köməyi ilə ölümcül döyüşlərdə xilas edilmişdi . Məhəmməd Məsumun bu məlumatını "Zeyl-i tarix-i alamara-ye Abbasi" də təsdiq edir. Mənbədə göstərilir ki, Xarəzm hakimi Ərəb Məhəmməd xanın (1602-1623) övladları arasında hakimiyyət üstündə müharibədə məğlub olmuş böyük oğlu İsfəndiyar I Şah Abbasa pənah gətirmiş və uzun müddət onun himayəsində yaşamışdır . Məhəmməd Məsuma görə Mərv hakimi Aşur xanın başçılığı altında qala mühafizəçiləri çox ciddi səy göstərib qalanı canfəşanlıqla qoruyaraq bu qorxulu düşməni dəf etməyə tam hazır olduqlarını nümayiş etdirdilər. O, öz hərbi dəstəsinin sayının az olmasına baxmayaraq qorxmadan qaladan çıxıb düşmənin çoxsaylı ordusu ilə döyüşə başlayır. İlk toqquşmadan sonra İsfən-diyar xan geri çəkilməyə məcbur olub öz ölkəsinə qayıdır . Məhəmməd Məsuma görə Aşur xan özünün hərbi dəstəsi ilə İsfəndiyar xanı məğlub etmişdi.
İsfəndiyar Mədətov
Aşıq İsfəndiyar Rüstəmov
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü. == Həyatı == İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
Candaroğlu İsfəndiyar bəy
Candaroğlu İsfəndiyar bəy (v. 26 fevral 1440, Sinop) — 8. Candaroğulları bəyi. Candaroğulları bəyliyinin bəzi mənbələrdə İsfəndiyaroğulları adıyla anılmasına, bu bəyin yarım əsrə yaxın davam edən hakimiyyəti səbəb olmuşdur. == Həyatı == Atası Candaroğlu Bəyazid bəydir. Uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur. Ancaq bəyliyi ələ almadan öncə Kastamonuda vali olaraq fəaliyyət göstərdiyi, Qazi Burahnəddinə qarşı Amasya hakimi Əhməd bəyə 1382-1385-ci illərdə bir neçə dəfə hərbi dəstək verdiyi bilinir. Qardaşı Süleyman bəyin Osmanlıların dəstəyini alaraq taxt uğrunda ayaqlanmasının ardından Amasyadakı hərbi əməliyyatları dayandıraraq dərhal Sinop qalasına sığınan atasının yanına gəldi. Atasının birlikləriylə Kastamonuya hücum etsə də, Osmanlıların müdaxiləsiylə geri çəkildi. Toqquşmaların sıxlaşdığı bir vaxtda atası Bəyazid bəy Sinopda vəfat etdi və o əsnada yanında olan İsfəndiyar bəy hakimiyyəti ələ aldı.
İsfəndiyar bəy İbrahimbəyov
İbrahimbəyov İsfəndiyar bəy Bağır bəy oğlu (1892, Şuşa-Bakı) - Azərbaycanın səhiyyə təşkilatçıla­ rından biri, respublikanın əməkdar Bağır bəy ibrahimbəyov həkimi (1942)> tibb elmləri nami­ zədi (1952). Müəllim ailəsində anadan olmuş İsfəndiyar bəy İbrahimbəyov ibtidai təhsilini Şuşada almış, Tiflis şəhər gimnaziyasında oxumuş (1904-1912), oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 1912-ci ildə Müqəddəs Vladmir adına Kiyev universitetinin tibb fakültəsinin daxil olmuşdir. Maddi cəhətdən çətinlik çəkən gənc tələbə, yaxın dostu Əli bəy Qayıbovla birlikdə müəllimlik etmiş, həm də universitetdə əla qiymətlərlə oxumuşdur. 1914-cü ildə, üçüncü kursda ikən o, universitetin zəmanəti ilə Kiyev yaxınlığındakı "Puşey Vodiça" 781 nömrəli qospitalında ordinator işləməyə başlamışdır. 1916-ciJldə ali təhsilini başa vurmuş, 1918-ci ilədək həmin qospitalda ordinator, 1920-ci ilə qədər isə isə Cənub Dəmiryol idarəsinin 19-cu tibb sahəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycanda Sovet Hakimiyyəti qələbə çalandan sonra İsfəndiyar bəy İbrahimbəyov Bakıya dəvət olunmuş, Mərdəkan kənd xəstəxanasına baş həkim təyin olunmuşdur, ona yeni tipli xəstəxana yaratmaq tapşırılmışdı. Təşkilatçılıq qabiliyyəti olan gənc həkimi az bir müddətdə müasir tələblərə cavab verən xəstəxana təşkil etmişdir. İsfəndiyar bəy İbrahimbəyov 1921-ci ildə Əhmədli kəndindəki Lenin adma Toxuculuq Fabrikinə baş həkim təyin olunmuş, sonralar "Azneft" birliyinin Buzovnadakı istirahət evlərinin müdiri (1925-1926), Yesentuki şəhərindəki 8 nömrəli sonatoriyanın baş həkimi, Bakıda iki böyük poliklinikanın (Montin və Andreyev adına) təşkilatçısı və müdiri olmuşdur (1926- 1931), Bakı şəhər səhiyyə şöbəsinə məsul işə (1931-ci ildə) dəvət edilmişdir. İsfəndiyar bəy İbrahimbəyov ağır xəstəlik keçirdiyinə görə 1936-cı ildə dövlət onu Qara dənizin cənub sahillərinə müalicəyə göndərmiş, müalicə müddəti dövründə əvvəlcə 220 çarpalıyıq "Çelyuskinçilər" sonralar isə "Qruzinskiy çay" istirahət evlərinin baş həkimi vəzifəsində çalışmışdır.
Rza İsfəndiyarlı
Rza İsfəndiyarlı (12 mart 1896, Naxçıvan – 26 yanvar 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti. Rza İsfəndiyarlı 1896-cı il martın 12-də Naxçıvan şəhərində anadan olub. Hüseyn Ərəblinskinin Naxçıvana səfəri zamanı teatrda sənhələşdirdiyi N. Nərimanovun "Nadir şah" faciəsində kütləvi səhnələrdə iştirak etməklə aktyor fəaliyyətinə başlayıb. 1912-ci ildə Naxçıvan teatrının səhnəsində N.B. Vəzirovun "Pəhləvani-zəmanə" pyesində Qurban kşi rolunu çox məharətlə yaradıb. Naxçıvan teatrının 20-ci əsrin birinci yarısında ən layiqli sənətkarlarından olub. Onun obrazlar qalareyasında "Arşin mal alan"da Əsgər, "Ölülər"də Şeyx Əhməd, Şeyx Nəsrullah, "Solğun çiçəklər"də Axund, "Aydın"da Mirzə Cavad, "Şeyx Sənan"da Dərviş, Kor Ərəb, Şeyx Kəbir kimi rollar var. Rza İsfəndiyarı Naxçıvan teatrının səhnəsində 150-dən çox rol oynayıb. Onun səhnə fəaliyyəti Naxçıvan teatrının salnaməsinə əbədi daxil olub. H. Ərəblinski, R. Təhmasib, Ə. Qəmküsar, B. Kəngərli və başqa böyük sənətkarlarla çiyin-çiyinə çalışan R. İsfəndiyarlı Naxçıvan teatrının ölməz sənətkarlarındandır. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Rza İsfəndiyarlı 1972-ci il yanvar ayının 26-da Naxçıvan şəhərində vəfat edib.
Sürəyya İsfəndiyari
Sürəyya İsfəndiyari (fars. ثریا اسفندیاری‎; 22 iyun 1932[…] – 26 oktyabr 2001 və ya 25 oktyabr 2001, Paris) — Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşı olmuşdur.

Digər lüğətlərdə