İSLAQ

sif. Yaş, sulu, nəm, suda qalıb və ya üstünə su tökülüb islanmış. İslaq paltar. İslaq torpaq. İslaq yarpaqlar.
– Şən qəhqəhələrlə islaq otların arasından [Aslan bəylə Qəmər] çiyələk dərib yeyirdilər. A.Şaiq.
Ayna islaq başını Ayazın döşünə qoydu. Ə.Məmmədxanlı.

// Suda qalıb yumşalmış. İslaq gön. Gönü islağa qoymaq. Düyü islağa qaldı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSLAQ islaq bax nəm
  • İSLAQ nəm — yaş — sulu

Antonimlər (əks mənalı sözlər)

  • İSLAQ İSLAQ – QURU Şən qəhqəhələrlə islaq otların arasında çiyələk dərib yeyirdilər (A.Şaiq); Quru qobu qırağı ilə əlində kağız qovluğu olan bir gənc yeriyi
İSLAHPƏZİR
İSLAQLIQ

Digər lüğətlərdə