İSMİ-ƏZƏM

ər. isim – ad, əzəm – ən böyük, ulu

Duaların ən böyüyü, yalnız Peyğəmbərlərin bildiyi dua kimi də qeyd olunur. (“Koroğlu” dastanının lüğəti)

Pərizad xanım ismi-əzəm oxudu. Nə qədər çölün yırtıcı heyvanı vardı, hamısını gətirdi cığırın içinə. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

*

Pərizad xanım söhbət eləyə-eləyə ismi-əzəm oxu oxuyub dağın o biri üzündə yeddimərtəbəli bir ev düzəltdi... (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

*

Bir balaca ismi-əzəm ilə dağın qabırğasında bostan göyərtdi. Ağa Koroğlu gəldi gördü qarpız. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)

İSMİ-ƏZƏM
İSNAMAQ
OBASTAN VİKİ
İsmi xan Cami
İsmi xan Cami (krımtat. İsmi Han Cami) ― Krımda Bağçasaray şəhərində yerləşən XVI—XVIII əsrlərə aid məscid. 2000-ci illərin əvvəlində məscidin bərpası nəzərdə tutulsa da bu vaxta qədər heç bir iş görülməyib. Hazırda məscidin bərpaya ehtiyacı var. == Haqqında == Məscid XVI—XVIII əsrlərdə Krım xanının qohumlarından olan İsmi xan tərəfindən tikdirilib. Məscidin xarici fasadında barokko bəzi digər mənbələrə görə isə kalssisizm elementlərindən istifadə olunub. Məscidin digər fərqləndirici cəhəti isə altı guşəli ulduz şəkilində düzəldilən taxta pəncərələridir. Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib. Bu isə onun daha da dağılmasına səbəb olub. Krım Diyar İcraiyyyə Komitəsinin 15 aprel 1986-cı il tarixli № 164 qərarı ilə məscid yerli əhəmiyyətli abidə statusu alıb.XXI əsrin əvvəllərində məscidin təmir olunacağı gözlənilsə də məscid hələ də yarı dağılmış vəziyyətdədir.
Məhəmməd Əzəm Şah
Məhəmməd Əzəm Şah' (d. 28 iyun 1653 – ö. 20 iyun 1707) — daha qısa formada Əzəm Şah olaraq da bilinməkdədir. O, bu adla qısamüddətli də olsa (14 mart 1707 – 20 iyun 1707), Böyük Moğol imperiyasının hökmdarı olmuşdur. O, VI moğol hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gəlmişdir. Məhəmməd Əzəm 12 avqust 1681-ci ildə atası tərəfindən vəliəhd şahzadə elan edilmiş və bu vəzifədə atasının ölümünə qədər qalmışdır. Özünün hərbi kareyerası zamanı Əzəm Berar Subahın, Malvanın, Qucaratın və Dəkkənin canişini kimi xidmət etmişdir. Atasının ölümündən sonra 14 mart 1707-ci ildə Əhmədneqarda moğol taxtına oturmuşdur. Lakin qısa müddət sonra o, 20 iyun 1707-ci ildə Cacau döyüşündə ögey qardaşı Şah Aləmə məğlub olaraq taxtdann endirilmiş və 3 oğlu ilə birlikdə öldürülmüşdür. Şah Aləm isə Bahadur şah adı ilə taxta çıxmışdır.
Vəzir-i qorçiyan-i əzəm
Vəzir-i qorçiyan-i əzəm —Ehtimal etmək olar ki, bu halda şah qvardiyaçılarının, qorçilərin hərbi dəstələrinin vəziri və mustoufisi nəzərdə tutulur. Onlar qvardiyaçılar dəstəsinin rəisi olan qorçibaşının yanında xidmət edir, qorçibaşı üçün dəftərxana və mühasibat işlərini yerinə yetirirdilər. Təyinatlar üzrə sənədlər hazırlayır, əmrlərə, vəsiqələrə hesabatlara və s. möhür basır, tapşırıq qeydləri aparırdı.İsgəndər bəy Münşi dövründə böyük qorçilərin vəziri olmuş, Ərəbgirli nəslindən çıxmış Əliqulu bəyin adını çəkir. Həm də bu zaman bildirilir ki, bu vəzifə Səfəvilər hakimiyyətinin əzəlindən onun atası Hüseyn bəyə və nəslinə məxsus olmuşdur. Mirzə Fəthullah İsfahani “böyük qorçilərin mustoufisi” kimi xidmət etmişdir. == İstinadlar == == Ədəbiyyat == Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı ,”Şərq-Qərb”,2007, 344 səh.

Digər lüğətlərdə

го́рний дрожжева́ть исколоти́ться ле́карский обу́здываться пригово́рный форту́нить винто́м зло́тый месте́чко сече́ние фа́лдовый фермента́тор фурше́т чу́йка farcer foreseeable laudator pleiotropy unmeet vignette антропометрия перепачкаться печься смиренница