İTİLƏMƏK

f.
1. Kəsici alətləri bülövə, çarxa, qayışa və s.-yə çəkməklə yaxşı kəsər hala gətirmək, kəskin etmək. Bıçağı itiləmək. Baltanı itiləmək. Qayçını itiləmək.
– Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə. C.Məmmədquluzadə.

// Hər hansı bir şeyin ucunu şiş, iti, sivri hala salmaq. Ağacın ucunu itiləmək.
2. məc. Qızışdırmaq, ürəkləndirmək, öyrətmək.
Səlim bəy hampalarnan bəyləri itiləyib dağıtdı kəndlərə. Qaçaq Nəbi”.

3. məc. Kəskinliyini, təsir gücünü artırmaq, gücləndirmək.
Onlar özləri üçün nüfuz qazanmağa, istismar silahını itiləməyə çalışırlar. M.S.Ordubadi.

İTİLƏMƏ
İTİLƏNMƏ

Digər lüğətlərdə