Verilənlər köşkü
Verilənlər köşkü (ing. Data Mart) – konkret funksional sahədə və ya təşkilatın hər hansı sahəsində analitik məsələlərin həllini təmin edən verilənlərin strukturunu əks etdirir. Verilənlər köşkünə təşkilatın konkret idarəedici sahələrində analitik məsələlərin informasiya təminatını yerinə yetirən kiçik VX kimi də baxmaq olar. Verilənlər köşkü müəyyən qrup istifadəçilər üçün nəzərdə tutulmuşdur. Buraya verilənlər aqreqatlaşdırılmış, müxtəlif ierarxiya səviyyələrinə görə konsolidasiya olunmuş halda VX-dən gətirilir.
VK həm təşkilati, həm də texniki səbəkələrdən asılıdır:
real təşkilatın informasiya strukturu, bir qayda olaraq çox mürəkkəbdir və rəhbərlik təşkilatda gedən prosesin mahiyyətini daha dərindən başa düşmək imkanına malik deyil;
qərarların qəbuledilməsi texnologiyası mövcud texniki imkanlara yönəldilmişdir və çox çətinliklə dəyişdirilə bilir;
təşkilatın sturukturunun bir hissəsinin dəyişdirilməsinin vacibliyi meydana çıxa bilər;
layihə öz xərcini ödəməyə başlayınca, əhəmiyyətli investisiya tələb olunur;
mövcud texniki bazanın əhəmiyyətli modifikasiyası tələb olunur;
təşkilatın mütəxəssisləri tərəfindən yeni texnologiyaların və proqram məhsullarının mənimsənilməsi çox vaxt apara bilər;
xəzinəni işləyib hazırlayanla gələcək istifadəçi arasında, işləyib hazırlanma mərhələsində qarşılıqlı fəaliyyəti yaratmaq çətin olur.
Bütün bunlardan belə nəticə çıxır ki, korporativ xəzinənin işləyib hazırlanması və tətbiqi, təşkilatın fəaliyyəti və onun yeni texnologiyalara yönəldilməsi analizinə görə, çox güc tələb edir. VK xəzinənin işlənib hazırlanması və tətbiqini asanlaşdırmaq məqsədilə yaranmışdır.
Hazırda VK dedikdə, təşkilatın fəaliyyətinin hər hansı bir istiqamətinə, məsələn, ehtiyatların hesablanmasına və ya digər sahələrə xidmət edən xüsusiləşmiş xəzinə başa düşülür. Konkret fəaliyyət sahəsində cəlb olunan əməkdaşların sayı da çox deyil (köşkə 10–15 nəfər xidmət etməlidir).