1. Qalmaqal, səs-küy; dalaşan, vuruşan, çaxnaşmaya düşən adamların çıxardığı səs.
□ Küy basmaq – səsküy düşmək, qarışıqlıq baş vermək. Həyəti küy basdı.
Küy düşmək – səs-küy düşmək, həyəcan-təlaş düşmək, şayiə yayılmaq, həyəcanlı xəbər yayılmaq.
Küy salmaq – səs-küy salmaq, qışqırıq qoparmaq, qalmaqal salmaq.
Küyə düşmək – 1) bir şayiə, xəbər və s.-dən həyəcanlanmaq, çaxnaşmaya düşmək, əl-ayağa düşmək;
2) başqalarına baxaraq təsirə düşmək, onlar kimi hərəkət etmək.
Küyə salmaq – bir sözü, işi, xəbəri yaymaq, aləmə bildirmək.
2. Hay-küy altında gizlədilən fırıldaq, yalan. Onun küyünə inanmayın.
3. dilç. Sədanın iştirakı olmadan ağız boşluğunda yaranan danışıq səsi (səda qarşılığı).