KOKOS

is. [ isp. ]
1. Hind qozu ağacı.
2. Hind qozu.
KOKKLAR
KOKS
OBASTAN VİKİ
Kokos adaları
Kokos adaları (ing. Cocos) və ya digər adıyla Kilinq adaları — Cənub-Şərqi Asiyada Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur. == Əhalisi == Əhalisinin sayı 1997-ci ilin iyulunda 617 nəfər idi. 1984-cü ildəki səsvermə ilə xalq Avstraliyanın tərkibinə keçməyə üstünlük vermişdir. 1609-cu ildə kapitan ing. William Keeling tərəfindən kəşf edilən adaları bu səbəbdən Keeling adaları olaraq da bilinir. == Coğrafiya == Kokos adalarının sahəsi 14 kvadrat kilometr, sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü 5 metrdir. Kokos adalarının bitki örtüyü kokos palmalarından ibarətdir. 9 ay boyunca cənub-şərq küləkləri və orta yağışlı hava hökm sürür. == Dil == Adaların rəsmi dili ingilis dilidir, ancaq malay dili də istifadə olunur.
Kokos adası
Kokos (isp. Isla del Coco) — Sakit okeanda yerləşən ən böyük kimsəsiz adalardan biri. Kosta-Rika dövlətinə məxsus olub Puntarenas əyalətinin tərkibinə daxildir. Ada ölkənin qərb sahillərindən 600 km-lik məsafədə yerləşir. Kokos adasına ən yaxın arxipelaq cənub-qərbdə yerləşən Qalapaqos adalarıdır. Əyər kənar adalar nəzərə alınarsa Şimali Amerikanın ən ucaq cənub nöqtəsi Kokos adası hesab olunmalı. Kokos adasını əhatə edən okean sularında ekvatoryal əkscərayanı hakimdir. Bu bölgə akvalaqçıların sevimli məkanıdır. Ada sularında çəkic balıq, delfin və skatlar üstünlük təşkil edir. Bəzi əfsanələrə görə Kokos adasında böyük xəzinə gizlədilmiş.
Kokos palması
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Kokos plitəsi
Kokos plitəsi — Sakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Kokos adaları bayrağı
Kokos adaları bayrağı — 2003-cü ildə yaradılmış və 2004-cü il 6 apreldə qəbul edilmişdir.Bayrağın dizayneri Mohammed Minkomdir. == Dizayn == Bayraq yaşıl fondadır. Yuxarı sol küncdə sarı rəngli dairə yerləşdirilmişdir. Ölkənin adına istinad edilərək dairənin içində Palma ağacı var. Bayrağın mərkəzində adada yaşayan malay xalqını təmsil edən sarı rəngli ay var. Bayrağın dalğalanan tərəfində, Cənub Xaçı bürcü yerləşdirilmişdir. Bu bürcün yerləşməsi adanın cənub yarımkürəsindəki yerini simvollaşdırır.
Kokos Adası Milli Parkı
Kokos Adası Milli Parkı — Kosta-Rikaya aid Sakit okeanda yerləşən Kokos adasında qurulmuş milli park. Ramsar və Dünya irsi siyahısındadır. == Haqqında == Kokos Adası Milli Parkı qlobal olaraq köpək balıqları üçün əhəmiyyətli olan, xüsusilə dəniz ekosistemini özündə saxlayır. Kokos Adası və ətrafındakı bölgəni əhatə edir. Kosta-Rikanın 550 km. qərbində, Sakit Okeanda yerləşir. Qalapagos adalarına ən yaxın quru parçası olan ada 630 km. cənub qərbə tərəf uzanır. Ticarət və balıqçılıq qadağan olduğundan bölgənın dənizi etibarlı bir cənnətdir. Böyük köpək balıqları, pişik balığı, tuna balığı və delfin kimi 300 növ balıq bu milli parkın sularında yaşayır.

Digər lüğətlərdə