1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri.
// İnsan bədəninin həmin hissəsi. Kürəyini divara söykəmək. Kürəyini ovuşdurmaq.
2. Paltarın kürəyi örtən hissəsi. Pencəyin kürəyinə astar tikmək. Paltarın kürəyi dağılmışdır.
◊ Kürək cəzası köhn. – bax katorqa.
Kürək çevirmək – dal çevirmək, üz döndərmək.
Atasını kürəyinə (dalına) sarımaq (yükləmək) – bax atasını dalına sarımaq (“ata”da).
Kürək-kürəyə vermək – birbirinə arxalanmaq, kömək etmək, əl-ələ vermək.
Kürəyi yerə gəlmək – basılmaq, məğlub olmaq.
Kürəyindən çıxartmaq – əvəz almaq, acığını çıxmaq.
Kürəyini yerə vurmaq (qoymaq) – 1) basmaq, məğlub etmək;
2) taqətsiz yıxılmaq, bihuş düşmək, düşüb qalmaq.
Kürəyini… söykəmək – arxayın olmaq, bel bağlamaq. Kürəyini dağa söykəyib.