KƏHKƏŞAN

is. [ fars. ] şair. Gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar topası; hacılar yolu, süd yolu.
Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid.
Hər ulduzun yeri var kəhkəşanlar içində; Hər nəhrdən su vardır göy ümmanlar içində. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏHKƏŞAN KƏHKƏŞAN Könül dedikləri bir asimandır; Onun da günəşi, kəhkəşanı var (M.Rahim); HACILAR YOLU O deyərdi: “Bu ağaran – hacıların yoludur; Yeddiqardaş;
KƏHİLTİ
KƏHRƏBA

Digər lüğətlərdə