// Həmin maddədən qayrılmış bəzək (şeyi).
Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur.
[Bülənd] bir hərəkətlə Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopardı…
2. Kəhrəbadan qayrılmış. Kəhrəba qolbaq. Kəhrəba müştük.
– [Molla Sadıq] sarı kəhrəba təsbehinin qoz boyda dənələrini şaqqıldatdı.
3. məc. Təşbehlərdə. Kəhrəba kimi qaymaq. Kəhrəba kimi un.
– Dönmüş kəhrəbaya sular xəzəldən; Əlində cam tutmuş ruzgar xəzəldən…
Sevil açdığı süfrəni daha da zənginləşdirir, yağlı süd, qalın qaymaq, sarı kəhrəbanı andıran şit kərə və pendirlə doldururdu.