MÜHAKİMƏ

is. [ ər. ]
1. Bir şey haqqında fikir, mülahizə, nöqteyi-nəzər.
Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. C.Məmmədquluzadə.

□ Mühakimə yürütmək – müəyyən fikir yeritmək, fikir söyləmək, mülahizə yürütmək.
[Surxay] öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü. İ.Əfəndiyev.

2. hüq. Məhkəmədə işə baxma. Mühakimənin gedişi.
– Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal.

□ Mühakimə etmək (eləmək) – məhkəmədə işinə baxmaq.
[Muxtar Firəngizə:] Bağışlanmaz bir canini mühakimə edərkən belə təqsirnaməsini ondan gizlətmirlər. B.Bayramov.

Mühakimə olunmaq – məhkəmədə işinə baxılmaq. Cani mühakimə olundu.
– Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. A.Səhhət.
Hümmətgilin bu gün kənddə mühakimə olunacağı xəbəri bircə saatın ərzində bütün el-obaya yayıldı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜHAKİMƏ hökm
  • MÜHAKİMƏ mülahizə — fikir — düşüncə — ağıl — idrak — dərrakə
MÜHAFİZƏT
MÜHARİBƏ

Digər lüğətlərdə