Ənvər Məmmədyarov
Məmmədyarov Ənvər Əhməd oğlu (1 iyul 1942, Genlik, Zəngilan rayonu – 28 aprel 2019, Bakı) — dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı.
Ənvər Məmmədyarov 1942-ci ildə Zəngilan rayonunun Genlık kəndində anadan olmuşdur. 1967-ci ildə ADU- nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Zəngilan rayonunda "Kənd həyatı" qəzetinin redaksiyasında işə başlamışdır. "Azəraycan gəncləri" qəzetində "110 yol ayrıcında", "Kəhrəba zəmi" və s. kimi oçerkləri dərc edilmişdir. 1967-ci il 27 Noyabırda Azərbaycan Respublikası DTK-nın sədri cənab Heydər Əliyev tərəfindən Zəngilan rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir, 1975-ci ildə Zəngilan-Qubadlı, 1978–1987-ci illərdə Şamaxı (Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay, Zərdab və Ucar rayonlarını özündə birləşdirən regional şöbə), 1987-ci ildə Sabunçu, 1992–1993-cü illərdə Quba, Qusar rayon DTX şöbələrinin rəisi vəzifəsində işləmişdir.
1993-cü ildə MT orqanlarından təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində MT orqanlarında çoxsaylı milli kadrlar hazirlamışdır. Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşdur:
1. Milli Təhlükəsizlik orqanları veteranı
2.