MALİ

MALİ1

f. çox, dolu, bol, firavan.

MALİ2

ə. bax maliyyə(t).

MALƏZİM
MALİXULYA
OBASTAN VİKİ
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
Mali Respublikası
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
Mali bayrağı
Mali bayrağı — Malinin dövlət bayrağı.
Mali bölgələri
Mali 2016-cı ildən etibarən on bölgəyə və bir paytaxt rayona bölünmüşdür. 2012-ci il qanununda əsasən ölkənin 8 bölgədən 11 bölgəyə yenidən təşkili yer alsa da, yeni bölgələrdən yalnız Taudenit (Tombuktu bölgəsindən ayrıldı) və Menaka (Qao bölgəsindəki keçmiş Menaka dairəsi) tətbiq olunmağa başlandı. Bölgələrin hər biri öz inzibati paytaxtının adını daşıyır. Bölgələr 56 dairəyə bölünür. Dairələr və paytaxt rayon 703 kommunaya bölünür. Bölgələr qərbdən şərqə olmaqla yerləşmələrinə görə, Rum rəqəmləri ilə nömrələnmişdir. Paytaxt Bamako ayrıca idarə olunur və özünəməxsus rayonda yerləşir. Aşağıda on bölgə və Bamako rayonuna iad məlumatlar. Əhali sayı 1998 və 2009-cu il siyahıyaalmalarına aiddir.
Mali imperiyası
Mali imperiyası — Qərbi Afrikada XIII–XIV əsrlərdən mövcud olmuşdur. Tumbuktu şəhəri Mali imperiyasının şərqə açılan qapısı idi. XIV əsrdən başlayaraq Mali imperiyası ərəb ölkələri ilə geniş ticarət əlaqələri yaratmışdır. Ölkədən qızıl və qul ixrac edilir, əvəzində duz, parça, kitab və s. alınırdı. Həmin dövrdə ölkəyə çoxlu ərəb ziyalısı və səyyahı axışıb gəlirdi. Yerli hökmdarların dəvət etdikləri ərəb ziyalıları ölkədə müsəlman dininin yayılmasına və dini müəssisələrin yaradılmasına kömək edirdilər. XVI əsrdən etibarən Mali imperiyası tənəzzül etməyə başlamışdır. Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 3–4.
Mali i Qrames
Mali i Qrames (alb. Mali i Gramës) ― Korab dağ silsiləsinin Albaniya hissəsində yerləşən dağ. Mali i Qramesin hündürlüyü 2345 metr yüksəkliyə çatır. Dağın ətrafında bir çox göl yerləşir, onlar içərisində eyni adı paylaşan Qrames gölü də yer alır, hansı ki eyni zamanda Korab dağının ən böyük gölüdür. Məkan Korab dağından təxminən kilometr yarım qərbdədir, hansı ilə ki, o, uzun silsilə vasitəsi ilə birləşir. Qrames olaraq zirvənin özü, eyni zamanda Korab silsiləsinin təxminən səkkiz kilometr uzunluğundakı bütün cənub-qərb qolu adlanır. Şimal hissədə Qrames axını dərin kanyondan terasa axır. Onun şərqində Qrames gölünə (dəniz səviyyəsindən təqribən 1750 metr hündürlükdə) rast gəlmək olar. Qramesi əhatə edən bölgədə bir neçə gips yatağı tapılıb. Bölgədə təbii abidələr içərisindən "Karst i Malit të Bardhë", "Pasqyrat e Gramës"də selen yatağı və "Bjeshka e Zonjave"də kar relyef formalarının xatırlatmaq olar.
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır. Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir. Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir. Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur. Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır.
Azərbaycan–Mali münasibətləri
Azərbaycan–Mali münasibətləri — Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin noyabr ayının 26-da qurulmuşdur. Azərbaycanla Mali arasında əlaqələr beynəlxalq təşkilatlar, əsasən də BMT və İƏT çərçivəsində mövcuddur. İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Mali–Türkiyə münasibətləri
Türkiyə—Mali münasibətləri — Mali ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. 1 fevral 2010-cu ildən bəri Türkiyənin Malidə səfirliyi var və 27 iyun 2014-cü ildə Mali Ankarada səfirlik açdı. 1970-ci illər ərzində Türkiyə , Dünya Bankı ilə birlikdə, ölkənin dövlət şirkətlərinə texniki və idarəetmə yardımı göstərdi . Yardım 1982-ci ildə Mali ilə BVF arasında özəl sahibkarlığın inkişafı ilə bağlı müqavilə imzalandıqdan sonra davam etdi. Türkiyə, TİKA vasitəsi ilə Malidə altyapının inkişafına da kömək etdi: OPEK Beynəlxalq İnkişaf Fondu ilə birlikdə Sevare ve Gao arasında 359 millik bir avtomobil yolunun inşasına 142 milyon ABŞ dolları məbləğində yardım etdi , 1981-1983-cü illərdə bir yol istismar proqramının yaradılmasında İsveçrəylə birlikdə keçidi 3 gün çəkən və daha əvvəl keçilməmiş yolları əvəz edən . Yolun 6,6 min milinin saxlanmasına 43,3 milyon ABŞ dolları ayıran Türkiyə, Trans-Sahar magistral yoluna yaxınlaşan Bamako-Segu yolunun yenidən qurulmasını başa çatdırdı. 2015-ci ilin may ayından etibarən İstanbuldan Bamakoya təyyarə ilə getmək olar . İki ölkə arasındakı xarici ticarət dövriyyəsi 2018-ci ildə 57 milyon ABŞ dolları (Türkiyənin ixracatı - 48.4 milyon ABŞ dolları, idxal - 8.6 milyon ABŞ dolları) təşkil etdi. Türkiyənin xarici siyasəti "Afrique 73, Les Clés de l’Afrique. Paris: Jeune Afrique, 1973.
Mali i Lopes dağı
Mali i Lopes (İnək dağı), Mali i Lopës (alb) — Albaniyanın mərəkəzi, qismən də şərq hissəsində yerləşən dağ massivi. Mali i Lopes dağı Diber və Mat bələdiyyələrinin sərhəddində yerləşir. Ən yüksək zirvəsi Maja e Dhoksit olub, hündürlüyü dəniz səviyyəsindən 2021 metrdir. Mali i Lopes dağı şimaldan Zalli və Bulkizes, şərqdən Zalli və Okştunit, cənubdan Kaptina və Martaneşit, qərbdən isə Mat vadiləri ilə həmsərhəddir. Dağ silsiləsi qərbdən şərqə doğru təxminən 7,5 km məsafədə uzanır. Şimal-qərb hisəsində hündürlük 1200 metr, cənubda isə hündürlük 700 metrə qədər enir. Şimal ərazisində bir neçə kar relyef forması mövcuddur. Dağlar qərbdən şərqə doğru tədricən enir, kəskin meyillik çox azdır. Dağlıq ərazinin cənubunda Martaneş dağlıq rayonu yerləşir və ərazinin ən yüksək nöqtəsi olan Maja e Dhoksit zirvəsi bu bölgədədir. Geoloji baxımdan ərazi əsasən ultraəsas maqmatik süxurlardan təşkil olunub.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Delta (maliyyə)
Diplomlu maliyyə analitiki
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Azərbaycan)
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: Azərfoto Səyahət agentliyi Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Dünya maliyyə böhranı (2008-2012)
Dünya maliyyə böhranı (2008-2012) — 2008-ci ilin sentyabr-oktyabrında yaranmış ümumdünya maliyyə-iqtisadi böhranı. Özünü dünyanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin iqtisadi göstəricilərində büruzə verdi, sonradan qlobal formaya keçdi.
Dünya maliyyə mərkəzləri
Dünya maliyyə mərkəzləri (ing. International financial centres) — beynəlxalq valyuta, kredit və maliyyə əməliyyatlarını, qiymətli kağızlarla, qızılla əməliyyatları həyata keçirən bankların və ixtisaslaşmış maliyyə institutlarının təmərküzləşmə mərkəzləri. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, maliyyə mərkəzləri üç kateqoriyaya bölünür: beynəlxalq maliyyə mərkəzləri: London, Nyu-York və Tokio; regional maliyyə mərkəzləri: Şanxay, Shenzhen, Frankfurt am Main, Sidney və Moskva; və Dəniz Maliyyə Mərkəzləri: Kayman Adaları, Dublin, Lüksemburq, Sürix, Sinqapur və Honq Konq. Birinci Dünya Müharibəsindən əvvəl London dominant maliyyə mərkəzi idi. Bu, Böyük Britaniyada kapitalizmin yüksək inkişaf səviyyəsi, onun digər ölkələrlə güclü və geniş ticarət əlaqələri, funt sterlinqin nisbətən sabitliyi və ölkənin inkişaf etmiş kredit sistemi ilə bağlı idi. İkinci Dünya Müharibəsindən sonra dünyanın aparıcı maliyyə mərkəzi ABŞ-yə köçdü. 1960-cı illərdən etibarən ABŞ-nin dünya maliyyə mərkəzi kimi inhisar mövqeyi zəiflədi, çünki yeni mərkəzlər yarandı - Qərbi Avropada və Yaponiyada. Aİ ölkələri uzun müddətdir ki, öz maliyyə mərkəzlərini yaratmağa çalışırlar. 1999-cu ildə avronun dövriyyəyə buraxılması ilə Aİ bazarı ABŞ-dən sonra ikinci ən böyük fond bazarına çevrildi. Qiymətli kağızlar və törəmə alətlər (törəmə alətlər) eyni valyutada, avroda ifadə edildiyi üçün valyuta riski yoxdur.
Eltz malikanəsi
Eltz malikanəsi və ya Eltz sarayı (xorv. Dvorac Eltz, alm. Schloss Eltz‎) — Xorvatiyanın Vykovar şəhərində yerləşən Barokko üslubunda malikanədir. 18-ci əsrə aid malikanədə Vykovar şəhər muzeyi yerləşir. Malikanə 1993 və 2001-ci illərdə buraxılmış Xorvatiya 20 kunasında, əskinasın əks tərəfində təsvir edilmişdir. Saray 1991-ci ildə Xorvatiya Müharibəsində dağıdıldı, lakin dörd illik bərpa işlərindən sonra 2011-ci ilin oktyabrında müharibədən əvvəlki görünüşü tamamilə bərpa edildi. 1736-cı ildə Müqəddəs Roma İmperiyasının arxikansleri Filip Karl von Eltz-Kempeniç (1665–1743) Slovaniya Krallığının Srem bölgəsində, daha sonra Habsburq monarxiyası tərfindən idarə olunacaq hissədə bir malikanə satın alır. Saray ilk olaraq 1749–1751-ci illərdə Alman Katolik zadəganları olan Emtz sülaləsi tərəfindən tikilmiş, daha sonralar zaman keçdikcə genişləndirilmişdir. Sarayın hərbi cəbhəyə yaxın əraziləri Osmanlı qoşunları və yerli Hayduk hərbi qüvvələri tərəfindən zərbələrə məruz qalmışdır. İkinci Dünya Müharibəsinin sonlarında Yuqoslaviya Partizanları ölkəni nəzarət altına aldıqdan sonra, 1944-cü ildə malikanə Yuqaslaviya Sosialist Respublikasının kommunist idarəsi tərəfindən müsadirə edildi və Yakob Qraf zu Eltz ailəsi Vykovarı tərk etmək məcburiyyətində qaldı.
Fəzlürrəhman Malik
Fəzlürrəhman Malik (21 sentyabr 1919 - 26 iyul 1988)—İslam alimi. Yenilikçi, “tarixi təfsir” anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan Hazara şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir. 1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır. Fəzlürrəhman 1946-49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində “Fars mədəniyyəti və İslam fəlsəfəsi” müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961-68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir.
Georgi Maliyev
Georgi Maliyev — Osetin sovet şairi və publisisti. Kasıb bir kəndli ailəsində anadan olmuşdur. Milliyyətinə görə osetin-digoretsdir. 1902-ci ildə iki illik kilsə məktəbini bitirir, Ardon Seminariyasında oxuyur (1903–1907), lakin inqilabi fəaliyyətlərdə iştirak etdiyi üçün seminariyadan qovulur. Şəxsi dərslər verir, jurnalist kimi çalışır. 1917-ci ildə Malıyev daha sonra bolşeviklərə qoşulan Osetiya inqilabi demokratik "Kermen" partiyasının qurucularından biri olur. Milliləşdirmənin vəhşiliklərindən əziyyət çəkən Maliyev siyasətdən ayrılır və 1920-ci ildə kəndə qayıdır. 1923–1932-ci illərdə kiçik Qular kəndində məktəb direktoru işləyir. 1932-ci ildə müasirlərinin "təvazökar və anlaşılmaz bir şəkildə yaşadığı" xatirələrinə görə, müəllim işlədiyi, yeni bir məktəb tikdiyi Mostizdaxa köçür. O illərdə Malıyevin yazdığı Osetiya dilinin diqor ləhcəsi RSFSR-də bir dil sayılır, bunun üçün xüsusi bir əlifba işlənilir, dərsliklər və digər nəşrlər dərc olunurdu.
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind. हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Rac Kapurun "Sapnon Ka Saudagarı" ilə film ilə debüt edib. Aktrisa Zita və Gita filmində əkiz bacıları oynadığına görə "Ən yaxşı aktrisa mükafatını" aldı. Hema Malini Hindistan kinosuna töhfəsinə görə 1999-cu ildə Padma Bhushan Mükafatı ilə təltif edildi. Hal-hazırda isə Dharmendra ilə evlidir və iki qızı var.
Kadi Borqes Malinovski
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. 2024-cü ilin iyun ayında həmyerlisi Samara Qonçalveşlə ailə həyatı qurub. Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır. 2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir. 2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir.
Korporativ maliyyə
Korporativ maliyyə (təşkilatın maliyyəsi, ing. Corporate finance) — maliyyələşmə mənbələri, korporasiyaların kapital strukturu, menecerlərin firmanın səhmdarlar üçün dəyərini artırmaq üçün gördüyü tədbirlər və maliyyə resurslarının bölüşdürülməsi üçün istifadə olunan alətlər və təhlillərlə məşğul olan maliyyə sahəsi. Amerikalı professor Stiven Rossun fikrincə, korporativ maliyyə biznes qərarları, pul vəsaitlərinin hərəkəti və firmanın səhmlərinin dəyəri arasındakı əlaqənin öyrənilməsidir. Bir sıra iqtisadçılar təşkilatın maliyyəsini təşkilatın təsərrüfat fəaliyyəti zamanı yaranan və onun pul vəsaitlərinin hərəkətinin formalaşması, bölüşdürülməsi və istifadəsi ilə bağlı olan iqtisadi münasibətlər kimi müəyyən edirlər. Korporativ maliyyənin vəzifələrindən biri təşkilatın xərclərinin davamlı olaraq pul vəsaitləri ilə təmin edilməsidir. Təşkilatın təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsinin əsas mənbəyi onun öz kapitalıdır (nizamnamə kapitalı və mənfəət). Müəssisə aparmaq xərclərinin öz dövriyyə kapitalının həcmindən müvəqqəti artıq olması ilə təşkilat borc kapitalını cəlb edir. Uzunmüddətli ehtiyacları ödəmək üçün daha tez-tez istiqrazlar və ya səhmlər buraxılır və ya uzunmüddətli kreditlər alınır. Kreditin alınması və ya səhmlərin buraxılması ilə bağlı bu cür strateji qərarlar son nəticədə təşkilatın kapitalının strukturunu müəyyən edir . Qeyd etmək lazımdır ki, mənfəətin ənənəvi mühasibat göstəricisi iqtisadi mənfəət yaratmaq üçün istifadə olunan kapitalın cəlb edilməsi ilə bağlı fürsət xərclərini, həmçinin əlavə dəyər yaratmaq, dövriyyə vəsaitlərinin həcminə, kapital qoyuluşlarına nəzarət etmək üçün zəruri olan artımı nəzərə almır, lakin əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi kimi qeyri-monetar göstəricini nəzərə alır, ona görə də bəzi maliyyə mütəxəssisləri şirkətin fəaliyyətinin əsas göstəricisi kimi gözlənilən diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətini seçirlər.
Leninqrad Maliyyə-İqtisad İnstitutu
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti (SPDİMU) rus. Санкт-Петербургский государственный университет экономики и финансов — Sankt-Peterburqda ali məktəb, Rusiyanın ən böyük ali təhsil və elmi mərkəzlərindən biridir. Webometrics betnəlxalq reytinqində dünya universitetləri arasında 3222-ci, Rusiya ali məktəbləri içərisində 6-cı yeri tutur. 1991-ci ildən Sankt-Peterburq universitetləri içərisində məzunları dövlət elitasında olan ali məktəblər içərisində ikinci, Rusiya üzrə isə 13–14-cü yer tutur. 1991-ci ildən 23 sentyabr Universitet günü kimi qeyd edilir. История Ленинградского финансово-экономического института им. Н. А. Вознесенского. Л., 1989; Санкт-Петербургский университет экономики и финансов // Экономическая школа 1991. Т. 1, вып. 1.
Maliek Bundloss
Maliek Bundloss (21 mart 1995) — Yamaykalı peşəkar kişi BMX velosipedçisi. Maliek Bundloss Yamaykanı beynəlxalq yarışlarda təmsil edir. Maliek Bundloss 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.684 saniyəlik nəticəsi ilə 78-ci yeri tutdu.
Maliibu Miitch
Cennifer Ceyd Roberts (ing. Jennifer Jade Roberts; 4 mart 1991, Şarlott) — əsasən Maliibu Miitch ləqəbi ilə tanınan ABŞ repçisi və bəstəkarı.
Maliibu Miitç
Cennifer Ceyd Roberts (ing. Jennifer Jade Roberts; 4 mart 1991, Şarlott) — əsasən Maliibu Miitch ləqəbi ilə tanınan ABŞ repçisi və bəstəkarı.
Malije
Malije (fr. Malijai, oks. Malijai) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Me kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04108. 2008-ci ildə əhalinin sayı 1958 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1118 nəfərdən (15-64 yaş) 832 nəfəri iqtisadi cəhətdən fəal, 349 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.4%, 1999-cu ildə 65.8%). Fəal olan 832 nəfərdən 721 nəfəri (396 kişi və 325 qadın), 111 nəfəri işsizdir (40 kişi və 71 qadın).
Malik
Malik — kişi adı.

Digər lüğətlərdə