...METR

[ yun. metron – ölçü] Xarici mürəkkəb sözlərin ikinci tərkib hissəsi olub, aşağıdakı mənaları ifadə edir: a) sözün birinci hissəsində ifadə olunmuş ölçünün uzunluğunu bildirir; məs.: kilometr, santimetr, millimetr; b) sözün birinci hissəsində ifadə olunanı ölçmək üçün cihazı, aləti bildirir; məs.: voltmetr, termometr.
METONİMİYA
METR
OBASTAN VİKİ
Kub metr
Kub metr (simvolu: m3) — SI-dən törənən həcm vahididir. Bir kub metr kənar uzunluğu bir metrə bərabər olan kubun həcmidir. Digər adı, az istifadə edilən kilolitrdir. 1 kubmetr bərabərdir: 1000 litr (tam olaraq); ~35,3 kub-funt (təxmini) 1 cu ft kf = 0,028316846592 m3 ~1.31 kubyard (təxmini) 1 cu yd = 0,764554857984 m3 ~6,29 barrel (bbl) (təxmini) 1 oil bbl = 0,158987294928 m3 Maksimum (3,98 °C) və standart atmosfer təzyiqindəki (101,325 kPa) istilikdə bir kub metr saf su, 1000 kq-lıq kütləyə malikdir və ya bir tondur. Suyun donma nöqtəsi olan 0 °C-də daha həsasdır və 999,972 kiloqram olur.
Kvadrat metr
Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi. 1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.
Metr
Metr ( q.yun. μέτρον — ölçü; işarəsi: m) — BS-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 299 792 458 {\displaystyle {\frac {1}{299\,792\,458}}} 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur. 1m = 1000000mkm = 1000mm = 100 sm = 10 dm =39,37in (39,37007874015748dyüm) = 3,28in(3,280839895013123) Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.
Metr sistemi
Metr sistemi — metr və kiloqramdan istifadəyə əsaslanan beynəlxalq onluq sisteminin ümumi adı. Axırıncı iki əsrdə vahidləri fərqlənən bir neçə metr sistemindən istifadə edilirdi. Müasir dövrdə beynəlxalq aləmdə Sİ sistemi qəbul edilib. Müəyyən ölklərdə sistem kiçik fərqlərlə tətbiq edilir. Zaman ölçülərinin də metr sistemi əsasında qəbul edilməsi üçün cəhdlər edilib (sutkanın millisutkaya, dərəcənin mllidövrə bülünməsi yolu ilə), ancaq təklif səmərəli hesab edilməyib. Sİ sisteminə gərə dərəcələr millidərəcəyə bölünür. Ancaq saniyə onluq metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.). Müasir dövrdə dünyada ABŞ, Liberiya və Myanmadan başqa bütün ölkələrdə rəsmi surətdə metr sistemi qəbul edilib. Axırıncı dəfə bu sistemə 2005-ci ildə İrlandiya keçib. Böyük Britaniya və Sent-Lyusiyada keçid hələ tam başa çatmayıb.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
10000 metr klubu
10000 metr klubu (ing. Mile high club) — uçuş zamanı təyyarənin göyərtəsində cinsi əlaqədə olan bir qrup insanın adlandırıldığı slenqdir. İdeya ilk dəfə London Centlmenlər klubunun(en) mərc kitabçasının 1785-ci il üçün olan buraxılışda öz əksini tapıb.
4062-ci metr (film, 2012)
4062-ci metr filmi 2012-ci ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümünün 20 illiyi münasibətilə ANS televiziyası əməkdaşlarının "Çingiz zirvəsi"nə yürüşünü əks etdirir. Film Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümünün 20 illiyi münasibətilə ANS televiziyası əməkdaşlarının "Çingiz zirvəsi"nə yürüşünü əks etdirir. Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə ilk dəfə 2000-ci ildə fəth olunub. Elə bu vaxtdan sonra “Çingiz zirvəsi” kimi adlandırılır. Zirvədə onun adını daşıyan lövhə var.
Cəfər Cabbarlı metrostansiyası
Cəfər Cabbarlı metrostansiyası — Bakı metrosunun ilk tikilən keçid stansiyasıdır. 1993-cü ildə birinci platforması, 2008-ci ildə isə ikinci platforması istifadəyə verilmişdir. 28 May stansiyasına keçid var. Buradan qatarlar yalnız Xətai stansiyasına hərəkət edir. Gələcəkdə xətlərin ayrılması zamanı bu stansiya Nizami stansiyasına birləşdirilicək. Müstəqillik illərinin ilk stansiyası kimi istismara verilmiş ilk keçid stansiyadır. O, görkəmli Azərbaycan mütəfəkkiri, dramaturq, yazıçı, şair Cəfər Cabbarlının adını daşıyır. 1993-cü ildə onun birinci platforması istismara verildi. 2008-ci ildə isə ikinci – şərq platforması istifadəyə verildikdən sonra, «Cəfər Cabbarlı-Xətai» mənzilində iki yollu məkik hərəkət istifadəyə verildi. Stansiyanın hər iki yolu bir-birindən «28 May» stansiyası ilə aralanıb.
Davudpaşa—YTÜ (İstanbul metropoliteni)
Davudpaşa—YTÜ metrostansiyası (türk. Davutpaşa—YTÜ metro istasyonu) — İstanbul metropoliteninin M1 xəttində yerləşən yerüstü stansiya. 31 yanvar 1994-cü ildə istifadəyə açılmışdır. Metrostansiyaya 41AT, 85C, 92C nörməli avtobuslarla gəlmək mümkündür. Həmçinin, metrostansiya əsasən Ulduz Texniki Universitetinə nəqliyyat üçün geniş istifadə olunur.
Daşkənd metropoliteni
Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir. Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir. Hər stansiyada 1 silahlı polis durur və metro ilə stansiyanın şəkillərinin qanunsuz çəkilməsinin qarşısını alır. Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi.
Devyatkino metrostansiyası
Devyatkino metrostansiyası (rus. Девяткино — Sankt-Peterburq metropoliteni və Sankt-Peterburq–Hiitola dəmir yolunun stansiyası. Leninqrad vilayətinin Vsevolojski rayonu ərazisində, şəhər hüdudlarından kənarda yerləşən yeganə metro stansiya.
Dünya Metrologiya Günü
Dünya Metrologiya Günü ― 20 may tarixində keçirilən, Beynəlxalq Vahidlər Sisteminin qəbul olunmasını qeyd edən hadisə.
Dərnəgül metrostansiyası
Dərnəgül metrostansiyası — Bakı metrosunun ən son tikilən stansiyasıdır. Stansiya 7–8-ci mikrorayonların ərazisində yerləşir. Süleyman Sani Axundov küçəsinə çıxışı var. Stansiya sütunsuzdur. Bakı metrosunun sayca iyirmi üçüncü stansiyasıdır. Stansiyanın qazıntısına SSRİ dönəmində başlanılıb. Tikintisinə 2009-cu ildə başlanılıb. 2011-ci il 29 iyun tarixində istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.
Elmlər Akademiyası metrostansiyası
Elmlər Akademiyası metrostansiyası — Bakı metrosunda stansiya. Metronun yeddi dərində yerləşən stansiyalarından biridir. Stansiyaya daxil olan qatarlarda "Tələbə" musiqisindən fraqment səslənir. 2015-ci il dekabrın 28-də stansiyanın 2-ci çıxışı istifadəyə verilmişdir. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına,ikinci çıxış Mətbuat prospektinə,digər iki çıxış isə Bəxtiyar Vahabzadə küçəsinə çıxır. Stansiyaya daxil olan qatarlarda "Tələbə" mahnısından fraqment səslənir. "Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanıb. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra 15 sentyabr 2016-cı ildə yenidən istifadəyə verilib.
Erigeron metrius
Erigeron metrius (lat. Erigeron metrius) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fransa metropoliyası
Fransa metropoliyası (fr. France métropolitaine), və ya Fransanın metropoliyası — qitədə və Atlantik okeanında ən yaxın adalar, ingilis kanalı və Aralıq dənizində (Korsika adası da daxil olmaqla) əraziləri əhatə edən Fransanın Avropa hissəsi. Bu, bir qədər köhnəlmiş ifadədir, çünki "metropolis" sözü koloniyaların mövcudluğunu nəzərdə tutur. Fransanın xarici mülkləri koloniyaların statusu daşımır, çünki 1946-cı ildə Konstitusiyaya əsasən Fransa Birliyi yaradılıb. Rəsmi hüquqi müddət (məsələn, Avropa İttifaqının rəsmi sənədlərində istifadə olunur) Fransanın Avropa ərazisidir (fr. territoire européen de la France). Ancaq Fransanın gündəlik istifadəsində, Fransız metropoliyası (ya da sadəcə metropolis) Fransa xaricindəki mülklərə, yəni Fransanın xaricində olan torpaqlarına qarşı çıxır. Metropoliyanın sahəsi 551,500 km², yəni ölkənin ümumi ərazisinin 80% -ni təşkil edir. 2014-cü ilin əvvəlində metropol əhalisi 63,460 min nəfər, yəni ümumi əhalinin 96% -ə çatmışdır.
Glasgow Metrosu
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.
Göztəpə (İstanbul metropoliteni)
Göztəpə metrostansiyası (türk. Göztepe metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Mərdivənköy məhəlləsindəki Göztəpə qovşağının altında, Mərmərə Universitetinin Göztəpə şəhərciyinin ətrafında yerləşir. 17 avqust 2012-ci ildə fəaliyyətə açılmışdır.
Gənclik metrostansiyası
Gənclik metrostansiyası — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda "Yadındamı" mahnısından fraqment səslənir. 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Stansiyanın 4 giriş-çıxışı var.
Həzi Aslanov metrostansiyası
Həzi Aslanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci ildə istifadəyə verilmişdir. Bu stansiyaya keçid rolunu oynayacaq olan Məhəmməd Hadi stansiyasının tikintisi hal-hazırda davam edir. Stansiyaya daxil olan qatarlarda "Ay işığında" musiqisindən fraqment səslənir. 12 dekabr 2002-ci ildə istismara verilmişdir. Tikintisi Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir. Qırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi. M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir. Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Kadıköy (İstanbul metropoliteni)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kadıköy metrostansiyası (İstanbul)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kazan metropoliteni
Kazan metropoliteni (rus. Каза́нское метро́; tatar. Казан метросы) — Kazan şəhərinə xidmət edən metro sistemi. Metro sistemi Rusiyada açılmış yeddinci, keçmiş Sovet İttifaqı regionunda on beşinci metropolitendir. 27 avqust 2005-ci ildə açılan bu metropoliten, Rusiyada ən yeni sistemdir. Kazan, Orta Volqada tarixi və mədəniyyət mərkəzidir. Rusiya İmperiyasının dövründə sürətli nəqliyyat sisteminin ilk planları təklif olundu, lakin Oktyabr İnqilabından və Rusiyanın Mülki Müharibəsindən sonra dizaynı ləğv edildi. Buna baxmayaraq, 1930-cu illərdə, Kazan, ən görkəmli muxtar respublikalardan biri olan və bir sənaye mərkəzi kimi sürətlə inkişaf edən, Tatar ASSR-in paytaxtı olmağına baxmayaraq, gələcək üçün sürətli tranzit sistemi təklif etmək istəmişdi. Ancaq İkinci Dünya Müharibəsi belə cəhdlərə son qoydu və SSRİ-dəki respublikaların yalnız paytaxtlarında metro sistemi inşa edildi. 1983-cü ildə Tatarıstanda Sovet İttifaqının Ali Sovetinin bir metro sisteminin planlaşdırıldığı il idi.
Kiyev metropoliteni
Kiyev metropoliteni (ukr. Київський метрополітен) — Ukraynanın paytaxtı Kiyev şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. 6 noyabr 1960-cı ildə fəaliyyətə başlaması ilə SSRİ-də Moskva və Leninqrad metropolitenlərindən sonra üçüncüdür. Наше метро / А. Хорунжий, очерк на укр. яз. — Киев, Госполитиздат, 1960. — 54 с. (ukr.) Київський метрополiтен / сборник на укр. яз. — Киев, Киевское областное книжно-газетное издательство, 1962.
Komsomol metrostansiyası
Komsomol metrostansiyası — 30 yanvar 1952-ci ildə istifadəyə verilmiş Moskva metropoliteninin stansiyası. Moskvanın "Komsomol" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur. Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir. Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır. Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.
Kopenhagen metropoliteni
Kopenhagen metropoliteni (dan. Københavns Metro) — Danimarkada ilk və yeganə metro. 2008-ci ildə Avropanın ən yaxşı dəmiryolu. Danimarkada metro sistemi 2002-ci ildə fəaliyyətə başlayıb və ictimai nəqliyyat şəbəkəsinə daxildir. Metro sistemi Kopenhagen bələdiyyəsi nəzdində olan Frederiksberq və Tornbyu kommunalarına xidmət edir. Kopenhagen metrosu dünyanın ən gənc metropolitenlərindən biri olub, XXI əsrin ilk onilliyində istismara verilmişdir. Bununla yanaşı 2008-ci il beynəlxalq metropoliten konfransında (ing. Metro Rail Conference) Danimarka yeraltı dəmiryolu Avropanın ən yaxşı dəmiryolu kimi tanınmışdır. 2010-cu il məlumatına görə Danimarka metropoliteninin 2 xətti və 22 stansiyası var və daim inkişaf etməkdədir. 2018-ci ildə daha iki yeni xətdən dairəvi marşrutun açılması planlaşdırılır.
Koroğlu metrostansiyası
Koroğlu metrostansiyası (1967-2011-ci illərdə Məşədi Əzizbəyov metrostansiyası) — Bakı metrosunun Qırmızı xəttinin stansiyasıdır. Əsaslı təmirdən sonra 2011-ci ildə yenidən sərnişinlərin üzünə açılmışdır. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun, "Koroğlu" operasından fraqment səslənir. Stansiya 1972-ci il noyabrın 6-da istismara verilmişdir. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi. 28 yanvar 2010-cu il tarixli Nazirlər Kabinetinin qərarı ilə iyul ayında stansiya yenidənqurma işlərinə başlamışdır. Stansiyanın yenidən qurulması 2011-ci ilin noyabr ayında başlanılıb. 30 dekabr 2011-ci ilə qədər stansiya mühəndis, ictimai xadim, inqilabçı olan Məşədi Əzizbəyov adını daşımışdır. Koroğlu metrostansiyası İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş “Koroğlu” stansiyasının açılışında iştirak etmişdir.
Kozyatağı (İstanbul metropoliteni)
Pegasus Kozyatağı metrostansiyası (türk. Kozyatağı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya D-100 şose yolunda Ataşəhər ilçəsində yerləşir. Stansiya 17 avqust 2012-ci ildə ictimai istifadəyə açılmışdır. Stansiyaya 14Ks, 14T, 15 KB, 16A, 16B, 16C, 16F, 16FK, 16KH, 16S, 16U, 16Y, 16Z, 17K, 17P, 19, 19B, 19FK, 19H, 19Z, 21B, 21C, 21G, 21K, 21U, 129L, 129T, 130, 130A, 130Ş, 251, 252, 319, 500T, E-10 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr)
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr) — 11–16 dekabr 2018-ci il tarixləri arasında Çinin Xançjou şəhərində keçirilən 14-cü dünya çempionatı. Bu çempionatda üzgüçülük yarışları 25 metrlik su hovuzlarında təşkil olunur. * Ev sahibi ölkə ( ÇXR) a Yalnız təsnifatda iştirak edən və medal qazanan üzgüçülər daxil edilmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 33 metr
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 50 metr
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
2016 Yüngül atletika üzrə Afrika çempionatı – Kişilər 100 metr
Kişilər 100 metr qaçış turniri — 2016 Yüngül atletika üzrə Afrika çempionatında 22 və 23 iyun aralığında Kinqs Park stadionunda keçirilən yüngül atletika növüdür. Təsnifat: Hər bir yürüşün ilk 3 sürətlisi (Q) və növbəti 6 ən sürətli (q) yarımfinala vəsiqə qazanıb. Külək: Yürüş 1: +0.8 m/san, Yürüş 2: +2.0 m/san, Yürüş 3: +0.5 m/san, Yürüş 4: +2.3 m/san, Yürüş 5: +1.5 m/san, Yürüş 6: +1.6 m/san Təsnifat: Hər bir yürüşün qalibi (Q) və növbəti 2 ən sürətli (q) finala vəsiqə qazanıb.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir. Yaşıl finalçılar deməkdir.

Digər lüğətlərdə