MİR
MİRABBAS
OBASTAN VİKİ
Emin Mirabdullayev
Emin Mirabdullayev — Rejissor, aktyor. == Həyatı == 2017-ci ildə Natiq Rəsulzadənin əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında Emin Mirabdullayevin rejissoru olduğu "Meme" tamaşası səhnəyə qoyulub.
Gagea mirabilis
Gagea fragifera (lat. Gagea fragifera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Hodgsonia mirabilis
Neohodgsoniales (lat. Neohodgsoniales) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinə aid bitki dəstəsi.
Mirabad
Mirabad (Səlmas) —
Mirabad (Dəşt)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Mirabad (Mərgavar)
Mirabad (fars. ‎‎‎‎ميراباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 635 nəfər yaşayır (98 ailə).
Mirabad (Qərbi Azərbaycan)
Mirabad (fars. ميرآباد‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Vəzinə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,502 nəfər və 820 ailədən ibarət idi.
Mirabad (Sulduz)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (72 ailə).
Mirabad (Sumay-i Şimali dehistanı)
Mirabad (fars. ميرابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (49 ailə).
Mirabad (Səlmas)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (24 ailə).
Mirabad (Urmiya)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (25 ailə).
Mirabad (Çaldıran)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (65 ailə).
Mirabad (Üşnəviyyə)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (185 ailə). Əhalisini kürdlər təşkil edir.
Mirabbas Aslanov
Aslanov Mirabbas Seyidağa oğlu (d.1923) — filoloq, jurnalist, pedaqoji elmlər namizədi (1962), Beynəlxalq Padaqoji Akademiyanın həqiqi üzvü (1999). Uzun müddət Hacıbəyovun həyatının və jurnalistlik fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur. Bu haqda bir sıra məqalələr, 2 monoqrafiya "Ü.Hacıbəyov (Gənсlik illəri)", (1977) və "Üzeyir Hacıbəyov — jurnalist", 1985], "Üzeyir Haсıbəyov gündəlik yazmış olsaydı" elmi-kütləvi kitabını (1994) yazmışdır. Hacıbəyovun müxtəlif dövrlərdə yazdığı felyetonları toplayaraq "Ordan-burdan" başlığı ilə çap etdirmiş (1981), birсildlik "Seçilmiş əsərləri"nin (1985) tərtibçisi olmuşdur. "Üzeyir Haсıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindəndir. C.Məmmədquluzadənin pedaqoji fəaliyyəti, *Molla Nəsrəddin" jurnalında xalq maarifi, təhsil, təlim və tərbiyə məsələlərinə dair məqalələr dərc etdirmişdir. Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.51.
Mirabbas Mirbağırzadə
Mirbağırzadə Mirabbas Mirhüseyn oğlu (1880, İrəvan) — jurnalist, tacir, diplomat, iqtisadçı, alim. M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük verib. İrəvanda "Umud" kitab mağazası açıb. Mirabbas Mirbağırzadə 1909-da Bakıya gəlib və burada da yeni kitab mağazası açıb. 19 iyun 1905-də "Həyat" qəzetindəki ilk yazısından sonra 1905-1929-uncu illər arasında elmi yazılarından başqa 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görüb. İlk çağlar "Həyat" və "İrşad" qəzetiylə sıx əlaqələr quran M.Mirbağırzadə sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq"… qəzetləriylə də yaxından əməkdaşlıqda bulunub. Ən çox işlətdiyi gizli imzası "Nadi"dir. Onun jurnalistlik fəaliyyəti sonrakı illərdə də dayanmayıb.
Mirabbas Qasımov
Mirabbas Göycə oğlu Qasımov (11 iyul 1939, Şamaxı rayonu – 6 sentyabr 2008, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1967), professor (1968), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989) olmuşdur. Mirabbas Qasımov 11 iyul 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur. 1956-cı ildə Qasımov Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə göstərdiyi yüksək nəticələrə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin uyğun fakültəsinə köçürülmüşdür. 1961-ci ildə təhsilini başa vurduqdan sonra MDU-nun aspiranturasında saxlanmışdır. Bu dövrdən Mirabbas Qasımovun elmi fəaliyyəti başlayır (elmi rəhbəri F.A.Berezin olur) və əsasən özünün müəllimi saydığı B.M.Levitanın tədqiqatından ibarət olur. B.Levitan da öz növbəsində Mirabbas Qasımovun işlərinə yüksək qiymət verir, ona özünün ən istedadlı tələbəsi olaraq xüsusi məhəbbətlə yanaşır. Mirabbas Qasımovun əsas işləri müxtəlif sinif diferensial operator sinifləri üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid olmuşdur. 1964-cü ildə M.Q.Qasımov MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasında "Şturm-Liuvill tənliyinin iki spektra görə həlli" namizədlik disertasiyasını müdafiə etmişdir. Elmi şuranın xüsusi qərarına əsasən iş "Görkəmli iş" olaraq qiymətləndirilmişdir. Həmin ildə o Moskvanın Fiziki-Texniki İnstitutuna assistent vəzifəsinə işə girir və 1965-ci ildə müsabiqə yolu ilə F.E.Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının Riyaziyyat kafedrasına baş müəllim təyin olunur və 1965-1968-ci illərdə bu vəzifədə çalışır.
Mirabdulla Abbasov
Mirabdulla Abbasov — Azərbaycan Premyer Liqasında iştirak edən "Səbail" klubunun şərəfini qorumuş azərbaycanlı futbolçudur. Mirabdulla Abbasov 1995-ci il Bakı şəhərində doğulub. Onun böyük qardaşı olan Mirsahib Abbasov da həmçinin futbolçudur. Mirabdulla "Neftçi" akademiyasında oynayıb və ilk profesional debütü isə 5 may 2015-ci ildə Bakı ilə oyunda olmuşdur. 2016-cı ildə o, Latviya Yüksək Liqasında "Dauqavpils" və Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın tərkibində icarə əsasında oynamışdır.Mövsümün sonunda o, klubu ilə müqavilə müddətini 2018–2019 mövsümün sonuna kimi uzatmışdır. 7 iyun 2023-cü ildə "Səbail"dən ayrıldı. 2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan U-23 millisinin tərkibində turnirin qalibi olmuşdur. Onun Azərbaycan milli komandasının tərkibində debütü UEFA Millətlər Liqası seçmə mərhələsi çərçivəsində 17 noyabr 2018-ci ildə Farer adaları millisnə qarşı olmuşdur.
Mirabdulla Ağalarov
Mirabdulla Ağalarov — SSRİ İdman Ustası, Neftçala UGİM-də məşqçi müəllim. Ağalarov Mirabdulla Mazan oğlu 28 fevral 1954-cü ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Keçmiş SSRİ İdman Ustası Ağalarov,hal-hazırda Neftçala UGİM`də sərbəst güləş üzrə məşqçi müəllim olaraq işləyir. Rus və Türk dillərini bilir. Ailəlidir 3 övladı,5 nəvəsi var.
Mirabilidaceae
Niktaginkimilər (lat. Nyctaginaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Mirabilit
Mirabilit (qlauber duzu) — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – rəngsiz, bulanıq, sarımtıl, göyümtül və yaşılımtıl calarlı ağ; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,46-1,49; Sərtlik – 1,5-2; Çox kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – dadı acı-şör,sərinləşdirici, suda asan həll olur, quru hava şəraitində mineral tədricən tamamilə dehidratasiyaya uğrayır və ağ rəngli toz halında olan tenarditə Na2SO4 çevrilir; Morfologiya – kristallar: qısadirəkvarı, prizmatik, bəzən iynəvari; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, torpaqvari və lifli əmələgəlmələr, qabıqlar, qaysaqlar. Duz göllərində və körfəzlərdə 32°C-dən aşağı temperaturlarda xemogen-çökmə yolla əmələ gəlir. Aşağı temperaturlarda zəif həll olduğu üçün mirabilit çox zaman qışda və soyuq iqlim rayonlarında çökür. O, həmçinin torpaqda, mağara və kömür mədənlərinin divarlarında sızan səth sulfat sularından çökən nazik təbəqələr şəklində rast gəlir, isti bulaqların və fumarolların fəaliyyətinin məhsulu kimi nisbətən az müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: gips, tenardit, astraxanit, halit, epsomit və b. Mineralın tapıldığı yerlər: Xəzər dənizində Qara-Boğaz-Qol körfəzi (Türkmənistan); soda gölləri (Misir); Karlovı-Varı (Çexiya); Vezuvi vulkanı (İtaliya); Antarktida; Yuta ştatında Qreyt-Solt gölü (ABŞ) və b. Azərbaycanda mirabilit Pirsaatçay çayı hövzəsində, Şamaxı rayonu ərazisinin bəzi yerlərində, Qobustanda və b. qeyd edilir.
Mirabo (Yuxarı Provans Alpları)
Mirabo (fr. Mirabeau, oks. Mirabèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04122. 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 307 nəfər (15-64 yaş) arasında 237 nəfər iqtisadi fəal, 70 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,2%, 1999-cu ildə 70.9%). Fəal 237 nəfərdən 219 nəfər (111 kişi və 108 qadın) işləyir, 18 nəfər işsizdir (8 kişi və 10 qadın).
Məzrayə-i Mirabad (Bükan)
Məzrayə-i Mirabad (fars. مزرعه ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Neohodgsonia mirabilis
Neohodgsoniales (lat. Neohodgsoniales) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinə aid bitki dəstəsi.
Paphiopedilum mirabile
Paphiopedilum vietnamense (lat. Paphiopedilum vietnamense) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü.
Phyllanthus mirabilis
Phyllanthus mirabilis (lat. Phyllanthus mirabilis) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.

Digər lüğətlərdə