MODERÁTOR

[ lat. moderator – azaldan]
1. Klavişli (dilli) musiqi alətlərində səsin gücünü tənzim edən alət.
2. Maşının sürətini azaltmaq üçün qurğu.
MODERÁTO
MODÉRN
OBASTAN VİKİ
Moderator
Moderator (ing. moderator, ru. модератор )- ictimai (sosial) şəbəkələrdə (gaplarda, forumlarda, video-konfranslarda) adi istifadəçidən daha çox hüquqa malik olan istifadəçi. Məsələn, moderatorun aşağıdakı hüquqları var: • başqalarının məlumatlarını uzaqlaşdırmaq; • başqalarının məlumatlarını redaktə etmək; • istifadəçilərin səhifələrini uzaqlaşdırmaq; • istifadəçilərin sayta baxmaq və onu redaktə etmək hüququnu məhdudlaşdırmaq. Moderatorun səlahiyyət və vəzifələrinin dəqiq siyahısı hər saytda fərqli olur. Çox zaman moderator istifadəçilərin saytın qaydalarına əməl etməsinə cavabdehlik daşıyır İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə