MONOTEİ́ZM

[ yun. monos – bir və theos – Allah] Dünyanın bir Allah tərəfindən yarandığını qəbul edən din; təkallahlılıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MONOTEİZM MONOTEİZM (fəls., din.), TƏKALLAHLILIQ Bu dillərdəki monoteizm – təkallahlılıq ideyası canlı və cansız xas olan xüsusiyyətlərin gerçəkliyi özündən təc
MONOTEİST
MONOTİP
OBASTAN VİKİ
Monoteizm
Monoteizm (yun. μόνος — tək, yun. θεός, Tanrı) — təktanrıçılıqla bağlı dini dünyagörüş və nəzəriyyə. İslam, Xristianlıq və Yəhudilik ən məşhur monoteist dinlərdir. Bunları "İbrahimi" monoteistik dinlər adlandırırlar, çünki rəvayətlərdə onların hamısının mənşəyi İbrahim peyğəmbərdən gəlir. Monoteizmə başqa baxışlar da vardır. Təməlçi monoteistik dini təlimlərdə Tanrı insan tərəfindən dərk edilməyən şəxsiyyət kimi qəbul edilir. Onun zatı ya da mahiyyəti birdir. Tanrının konkret adları və sifətləri vardır. Onların çoxluğuna baxmayaraq, hamısı bir Tanrıya aiddir və başqa tanrıların mövcud olmasına işarət etmir.

Digər lüğətlərdə