MÜTƏLLİM

sif. [ ər. ] köhn. bax mütəəllim1.

Etimologiya

  • MÜTƏLLİM Ərəbcə təlim sözü ilə qohumdur. Təlim alan, oxuyan deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜTƏLLA
MÜTƏMADİ
OBASTAN VİKİ
Mütəllim Abbasov
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu (28 dekabr 1970, Bakı şəhəri)— xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir. Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir.
Mütəllim Mütəllimov
Asəf Mütəllimov
Azad Mütəllimov
Azad Mütəllimov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 129 dəfə baş hakim olmuşdur. 2013-cü ildə keçirilmiş Tolerantlıq Kubokunun final oyununu idarə etmişdir.
Ağacavad Mütəllimzadə
Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019). == Həyatı == Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr hoteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.
Mətləb Mütəllimli
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.
Mətləb Mütəllimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.
Nigar Mütəllimzadə
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Qəzənfər Mütəllimov
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. 19 Mart 2017 tarixində yenilənib 9 mart 2017-ci il məlumatlarına əsasən.
Tofiq Mütəllimov
Tofiq Mütəllimov — rejissor Aman, ayrılıq (film, 1989) Astana (film, 1988) Azərbaycan-88 (film, 1988) Azərbaycan məktəbinin 60 illiyi (film, 1980) Azərbaycan Oktyabrın 70 illiyinə (film, 1986) Bizim Nəsibə xanım (film, 1991) Canlı naxışlar (film, 1987) Dağ rayonlarında ətlik heyvandarlıq (film, 1985) Dünyada yeganə (film, 1989) Füzuli-500 Hüseyn Cavid (film, 1988) Hüseyn Ərəblinski (film, 1982) Xaldanda görüş (film, 1980) İcarədarlar (film, 1990) İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989) Molla Pənah Vaqif (film, 1990) Monoloq (film, 1987) Nəsirəddin Tusi (film, 1984) Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989) Poeziya bayramı (film, 1982) Şəbi-hicran (film, 1993) Torpaq haqqı (film, 1986) Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) Yüz ilin bir günü (film, 1987) 100 ilin astanasında (film, 1992)(II) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Təhsin Mütəllimov
Təhsin Mütəllim oğlu Mütəllimov (18 yanvar 1932, Naxçıvan) — ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, professor (1987), filologiya elmləri doktoru (1975), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsinin müxbir üzvü (2014), BDU-nun Klassik Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. Təhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 1959-1961-ci illərdə isə aspirantura pilləsində təhsil alıb. Təhsin Mütəllimov 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun əmisi oğludur. Azərbaycanın tanınmış cərrahı, tibb elmləri doktoru Niyazi Mütəllibovun qardaşı oğludur. Azərbaycanın tanınmış şairi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Tofiq Mütəllibovun qardaşıdır. Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan Təhsin Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 60 ildən artıqdır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir.
100 ilin astanasında (Tofiq Mütəllimov filmi)

Digər lüğətlərdə