MƏLEYKƏ


1. Bax məlaikə.
[Niyaz:] Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Ə.Haqverdiyev.

2. bax mələkə.
MƏLAMƏT
MƏLƏ
OBASTAN VİKİ
Məleykə Abbaszadə
Abbaszadə Məleykə Mehdi qızı (23 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri. Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N. N. Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunmuşdur. M. Abbaszadənin rəhbərliyi ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib.
Məleykə Ağazadə
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Məleykə Rzayeva
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Məleykə Şahmərdanova
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Məleykə Əsədova
Məleykə Əsədova (tam adı: Məleykə Əlifağa qızı Əsədova; 23 aprel 1966, Neftçala) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2000). Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə), Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə), Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya). 1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Onun səhnə rolları bioqrafiyasına Akademik teatrda ifa etdiyi aşağıdakı rollar daxildir: Dilarə ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Şahanə ("Ana intiqamı", Vidadi Babanlı), Kordeliya ("Kral Lir", Uilyam Şekspir), Şirin ("Fərhad və Şirin", Səməd Vurğun), Selcan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Çılğın ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Züleyxa və Kleopatra ("Misir gecələri", Məmməd Səid Ordubadi, Nazim Hikmət, Uilyam Şekspir), Nurcahan ("Mənim günahım", İlyas Əfəndiyev), Qadın ("Cəhənnəm sakinləri", Elçin). Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalarda müxtəlif obrazlar yaratmışdır: Jalə ("Yad qızı", Orxan Kamal), Əfsanə ("İtkin gəlin" Əlibala Hacızadə), Cavidan ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin), Sara ("Apardı sellər Saranı", Kəmalə Ağayeva), Xurşidbanu Natəvan ("Güllələnmiş heykəllər", Hüseynbala Mirələmov) Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. Prezident mükafatçısıdır.
Məleykə Cahan Bəyim
Məleykə Cahan Bəyim (1875, Tehran – 1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur. Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir. İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur. Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.
Tamar (Şirvan məleykəsi)
Tamar Baqrationi (XII əsr – 1161) — Gürcüstan çarı IV Davidin qızı, III Mənuçöhrün həyat yoldaşı. İlkin həyatı barədə məlumat çox az qalmışdır. XII əsrə aid "Çarlar çarı Davidin həyatı" Tamar və bacısı Katanı müvafiq olaraq "Şərqin və Qərbin çırağı" adlandırır və bununla Tamarın III Mənuçöhrə, Katanın isə Trapezund şahzadəsi, sebastokrator İsaak Komnenosa evlənməsinə işarə edir. Bu evlilik 1112-ci ildə baş tutmuşdur. Şirvanşah I Əfridunun IV David ilə qohumluğu sayəsində Gürcülərlə ittifaq qurulmuş oldu, həmçinin Gürcüstan Səlcuqlara qarşı Şirvanşahlar kimi bir müttəfiq, Şirvanşahlar isə qıpçaqlara qarşı onlara ölkəsində yaşamağa verən Gürcüstan çarlı kimi siyasi müttəfiq tapdılar. Ziya Bünyadova əsasən Mənuçöhrdən sonra taxta çıxan bütün Şirvanşahlar Tamarın oğulları olmuşlar. Mənuçöhrün ölümündən sonra Şirvanda taxt uğrunda mübarizə başlamış, Tamar da öz kiçik oğullarından birini dəstəkləmişdir. Qıpçaq muzdlularının köməyindən istifadə edən Tamar Şirvanı Gürcüstanın bir hissəsinə çevirmək fikrində idi. Lakin şahzadə Axsitan Eldənizlərin köməyi ilə qalib ayrılmış və anasını kiçik qardaşı ilə birgə Gürcüstana sürgünə göndərmişdir. 1152-ci ildə artıq Tiğva monastırında rahibə idi.

Digər lüğətlərdə