1. Mərifəti olan; qanacaqlı, tərbiyəli, kamallı, ləyaqətli. Mərifətli qız. Mərifətli uşaq.
– Mənim gözəl və mərifətli mələkəm, sizin bu qədər acıqlanmağınızın səbəbi nədir?
Usta Pirəli, oğlunun mərifətli cavabını bəyənib, istəristəməz yumşaldı.
2. Oxumuş, təhsilli, mədəni.
[Niyaz bəy:] Çünki zəmanəmiz belə zamandır ki, mədəniyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldirlər.