is. [
ər. ]
1. Baxma, baxış, baxmaq tərzi, gözlərin ifadəsi. Xoş nəzərlə baxmaq. Acıqlı nəzərlərlə süzmək. Küskün nəzər. İncik nəzər.
– Ey gül, nə əcəb silsileyi-müşki-tərin var; Ahu nəzərin var! M.Ə.Sabir.
[Ağsaqqal qocalar] … qorxaq nəzərləri ilə bizi salamladılar. H.Nəzərli.
// Göz, baxış.
…Hamının nəzəri onlara tərəf çevrildi. Mir Cəlal.
2. məc. Nəzərində şəklində – …gözündə, …təsəvvüründə,
…düşüncəsinə görə.
İşlərimiz avropalıların nəzərində elə bir … əhəmiyyətli əhvalatdır ki, … onlar indiyədək neçə cild kitablar yazıblar. C.Məmmədquluzadə.
…Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal.
3. Göz, diqqət, himayə, kömək.
Səməd dərhal Nadirin yanına yüyürüb [dedi:] – Bacıoğlu, xoş gəlmisən, sənin nəzərin bizim üstümüzdən əskik olmasın. B.Talıblı.
4. məc. Bədbəxtlik, uğursuzluq, gözə gəlmə, gözdəymə.
[Qadın:] …Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi. Mir Cəlal.
◊ Nəzər dəymək – bax
göz dəymək (“göz”də).
Tanrıdan əhdim budur; Dəyməsin nəzər sənə. (Bayatı).
Nəzər etmək (yetirmək, qılmaq) – nəzər salmaq, diqqət etmək, fikir vermək, maraqlanmaq, göz yetirmək.
Nəzərdə tutmaq (saxlamaq) – nəzərə almaq, fikirdə tutmaq, haqqında düşünmək.
[Aslanov:] Mollayev məni də çağırtdırıb, nəzərdə tut ki, bu gün bərk vuruşa bilərik. M.Hüseyn.
Əntərzadə bütün bu mülahizələri nəzərdə tutub, bədii hissəyə hazırlıq görməmişdir. Mir Cəlal.
Nəzərdən düşmək (çıxmaq) – unudulmaq, yaddan çıxmaq, etibardan düşmək; gözdən düşmək.
Gövhəri-əşkim kimi düşdün nəzərdən aqibət. S.Ə.Şirvani.
[Sara:] …Səni sevəndən sonra hər bir şey nəzərimdən çıxıb. C.Cabbarlı.
Nəzərdən keçirmək – gözdən keçirmək, baxmaq, göz yetirmək.
…Onların mənzillərini nəzərdən keçirdik. M.S.Ordubadi.
[Oğlan] daş-qaşı bir-bir ehtiyatla götürüb, yanından sallanan qiymət kağızını nəzərdən keçirdi. S.Rəhimov.
Nəzərdən qaçırmaq – diqqətsizlik üzündən unutmaq, gözdən qaçırmaq, yaddan çıxarmaq.
[Sədr:] …Lazımi idarələr bunu nəzərdən qaçırmışlar… C.Cabbarlı.
Nəzərdən qaçmaq – bax
gözdən qaçmaq (“göz”də).
Bu şanlı vəzifəm, inan, şübhəsiz; Mənim nəzərimdən qaçmayıb, qaçmaz. S.Rüstəm.
Nəzərə almaq – bax
nəzərdə tutmaq.
Deyirəm, ölməyini, ay kişi, bir al nəzərə. M.Ə.Sabir.
Nəzərə gəlmək –
1) görünmək,
…kimi görünmək.
Rəngi saralmış, başının tükləri ağarmış Şaban altmış yaşında nəzərə gəlirdi. Ə.Haqverdiyev;
2) bax
gözə gəlmək 3-cü mənada (“göz”də).
Nəzərə vermək – maraq oyatmaq, nəzər-diqqəti cəlb etdirmək, nəzərə çarpdırmaq.
[Ağa Kərim:] Sənin canın üçün bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim. M.F.Axundzadə.
[Mirzə İsmayıl:] Sonra mən səni xanın nəzərinə verərəm. Ə.Haqverdiyev.
Nəzəri cəlb etmək – maraq oyatmaq, diqqəti cəlb etmək, hamının marağına səbəb olmaq.
Bu sel kimi axan müxtəlif dəstələr sırasında hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. S.S.Axundov.