NALİŞ
NAM-NƏNG
OBASTAN VİKİ
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Kim Nam-Sun
Kim Nam-Sun (d. 3 may 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Nam-Sun Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Son-Nam
Kim Son-Nam (17 dekabr 1992) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. Kim Son-Nam Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Kim Yon-nam
Kim Yon-nam (29 yanvar 1996, Cənubi Koreya) — Cənubi Koreyalı suya tullanan. Kim Yon-nam Cənubi Koreyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Kim Yon-nam birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 349.10 xal toplayaraq 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kim Çen Nam
Kim Çen Nam (10 may 1971, Pxenyan – 13 fevral 2017, Sepanq[d], Kuala Lumpur və ya Kuala Lumpur) — Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin böyük oğlu. 1994-cü ildən 2001-ci ilə qədər o, atasının varisi olmuşdur. Kim, Şimali Koreyanın mərhum diktatoru, 2011-ci ildə vəfat etmiş Kim Çen İrin Cənubi Koreya kommunistinin qızı, aktrisa Son Hö Rimlə izdivacında doğulmuş böyük oğludur. Atası Kim İr Sen bu evliliyi qəbul etmədiyindən o ilk əvvəl Son´la bunu sirr olaraq saxlayır və oğlunu məktəbdən uzaqlaşdıraraq onu Son´un böyük bacısının yanında yaşamağa və təhsil almağa göndərir. Şimali Koreya Leadership Watch´un verdiyi xəbərə görə, o, Moskvaya nənəsini ziyarətə getmiş, təhsilini beynəlxalq məktəblərdə almış, 1988-ci il öz ölkəsinə qayıdana qədər Rusiya və İsveçrədə yaşamışdır. Kim´in atasına bənzər bir şəxsiyyət olduğu bildirilir, və xalası tərəfindən "həssas və incəsənətə yaxın, istedadlı" biri olaraq təsvir edilmişdir. O, həmçinin Kim´ in 2000-ci ildə "atasının nailiyyət qazanmasını" istəmədiyini bildirirdi. Kim 1995-ci ildən başlayaraq Yaponiyaya bir neçə gizli səfər etmişdir. 1998-ci ildə Kim Şimali Koreyanın İctimai Təhlükəsizlik Nazirliyində gələcək lider olaraq göstərilmişdir. O, həmçinin, informasiya texnologiyaları (İT) sənayesinin inkişafına cavabdeh olan Şimali Koreya Kompüter Komitəsinin rəhbəri təyin olundu.
Li Nam-So
Li Nam-So (d. 21 may 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Li Nam-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Nam San Mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Sang-mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Nam Yon-Sin
Nam Yon-Sin (d. 27 avqust 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Nam Yon-Sin Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yu Nam-Qyu
Yu Nam-Kyu (4 iyun 1968) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Yu Nam-Kyu Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medala, cüt turnirdə isə bürünc medala sahibi olub. Daha sonra Yu Nam-Kyu Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Yu Nam-Kyu Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Ba-nam-Filenn
Ba-nam-Filenn boğazı (ing. Bagh nam Faoileann, şot.kelt Bàgh Nam FaoileannYell Sound) - Şotlandiyanın (Böyük Britaniya) şimal-qərbində Xarici Hebrid adalarının bir hissəsi olan Saut Uist və Benbekula adaları arasındakı yerləşən boğaz. Hebrid dənizini Atlantik okeanı ilə birləşdirir. Boğazın mərkəzi hissəsindən A 865 avtomobil yolu (Nort Uist - Loxboysdeyl) keçir.
Cümə namazı
Cümə namazı — cümə günləri zöhr namazı əvəzinə qılınır. İslam dinində, müsəlmanlar cümə namazını məsciddə camaatla bərabər qilmalıdılar. Bu namaz iki xütbə və iki rəkətlı namazdan ibarətdir. Xütbələr ayaq üstə oxunur. Peyğəmbərin (s) xütbəni ayaq üstə oxumasını bu ayə təsdiqləyir: "Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular." Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Cəfər Namiq Kamal
Cəfər Namiq Kamal (16 avqust 1950) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2013). Əhmədov Cəfər Namiq Kamal oğlu (17.08.1950) 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb. Rəcəb ("Şirinbala bal yığır" S. Qədirzadə), Elçi ("Bir parça Vətən" F. Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ. Coşqun), Aparıcı ("Şəhidlər" B. Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C. Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R. Əfəndiyev) və s. C. Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb: Eynşteyn ("Ah, Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N. Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ. Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M. F. Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə. Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X. Qoca), Şeyx Əhməd ("Ölülər" C. Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ. Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu), Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı). Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb. Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Cəfər Namiq Kamaloğlu
Cəfər Namiq Kamal (16 avqust 1950) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2013). Əhmədov Cəfər Namiq Kamal oğlu (17.08.1950) 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb. Rəcəb ("Şirinbala bal yığır" S. Qədirzadə), Elçi ("Bir parça Vətən" F. Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ. Coşqun), Aparıcı ("Şəhidlər" B. Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C. Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R. Əfəndiyev) və s. C. Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb: Eynşteyn ("Ah, Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N. Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ. Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M. F. Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə. Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X. Qoca), Şeyx Əhməd ("Ölülər" C. Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ. Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu), Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı). Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb. Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Domain Name System
Domain Name System və ya qısaca DNS (Adların Domen Sistemi) — internet və ya digər İnternet Protokolu (IP) şəbəkələrindəki kompüterlər, xidmətlər və digər resurslar üçün iyerarxik və paylanmış adlandırma sistemidir. İnternetdə hər bir kompüter təkrarolunmaz (unikal) ünvana malikdir. Kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. O, müxtəlif məlumatları əlaqəli qurumların hər birinə təyin edilmiş domen adları ilə əlaqələndirir. Ən əsası, o, asanlıqla yadda saxlanan domen adlarını əsas şəbəkə protokolları ilə kompüter xidmətləri və cihazlarını tapmaq və müəyyən etmək üçün lazım olan ədədi IP ünvanlarına tərcümə edir. Adların Domen Sistemi hər bir domen üçün səlahiyyətli ad serverləri təyin etməklə domen adlarının təyin edilməsi və bu adların İnternet resurslarına uyğunlaşdırılması məsuliyyətini həvalə edir. Şəbəkə administratorları özlərinə ayrılmış ad sahəsinin alt domenləri üzərində səlahiyyəti digər ad serverlərinə həvalə edə bilərlər. Bu mexanizm paylanmış və xətaya dözümlü xidmət təqdim edir və vahid böyük mərkəzi məlumat bazasından qaçmaq üçün nəzərdə tutulmuşdur. DNS-i izah etmək üçün tez-tez istifadə edilən bir bənzətmə ondan ibarətdir ki, o, insan dostu kompüter host adlarını IP ünvanlarına çevirərək İnternet üçün telefon kitabçası kimi xidmət edir. Məsələn, example.com domen adı daxilindəki host adı 93.184.216.34 (IPv4) və 2606:2800:220:1:248:1893:25c8:1946 (IPv6) ünvanlarına çevrilir.
Donrovın Namdaq
Donrovın Namdaq (monq. Донровын Намдаг, rus. Донровын Намдаг; 16 dekabr 1911 -11 mart 1984) - Monqolustanlı dramaturq, rejissor, yazıçı və şair. Müasir Monqolustan dramının banilərindən biri. Monqolustanın əməkdar artisti. O, 1911-ci il 16 dekabrda Monqolustanın Sayn-Noyon-Xanski aymagında anadan olmuşdur. Uşaq yaşlarından yazmağı öyrənən Donrovın, 1920-ci ildə orta məktəbə daxil oldu. 1925-ci ildə isə Ulan-Batora köçür. 1926-1927-ci illərdə Almaniyada alman dilində təhsil aldı. 1927-1929-cu illərdə Badarçem, Batsux, Qombo, Xaalay, Namxayserenom, Nasardorjem, Sədəd, Sərəxand, Paqmadulam və Şevenom ilə birlikdə Almaniyada Vixersdofda oxudu.
Doqquz naməlum
"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur. "Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, Kəlküttə və Mədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu.
Dünya Şahmat Namizədlər Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Elcan Namazov
Elcan Hisayyət oğlu Namazov (1 iyun 1997, Dəmirçilər, Qazax rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elcan Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 2003-2014-cü illərdə E. Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elcan Namazov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elcan Namazov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Eldar Namazov
Eldar Namazov (23 dekabr 1956, Ağstafa) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzinin prezidenti. Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafada anadan olmuşdur. 1974-1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. 1981–1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. O, fəlsəfə elmləri doktoru və tarix elmlər namizədidir. 1985–1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, bir oğlu var. Eldar Namazov 1991-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayınadək təsis etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur. Eldar Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.
Elmlər namizədi
Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə. Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.
Elməddin Namazov
Elməddin Nəsib oğlu Namazov (7 may 1996, Qovlarsarı, Samux rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsinin şəhidi. Elməddin Namazov 7 may 1996-cı ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Əslən Göyçə mahalının Pəmbək kəndindəndir. 2001-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbə getmiş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. Ailədə iki bacı, bir qardaş olublar. 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında "N" saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət keçib. 2020-ci il sentyabrın 20-də ordu sıralarına təkrar təlimlərə cəlb olunub. Torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, iki dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmiş və Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elvin Namazov
Elvin Məmməd oğlu Namazov (7 sentyabr 1990; Qazax, Azərbaycan SSR – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Elvin Namazov 1990-cı ilin 7 sentyabr günündə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin Namazov 2016-cı ildə baş leytenant rütbəsi aldı. Baş leytenant Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Elvin Namazov doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Namazov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Euphorbia namibensis
Euphorbia namibensis (lat. Euphorbia namibensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia namuskluftensis
Euphorbia namuskluftensis (lat. Euphorbia namuskluftensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir. 2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır.
Fikrət Namazov
Fikrət Rauf oğlu Namazov (1 noyabr, 1957, Qazax şəhəri - 15 iyun, 2020, Bakı şəhəri) — Tibb elmləri namizədi, dosent. Fikrət Rauf oğlu Namazov 1 noyabr 1957-ci ildə Qazax şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə 1 sayli orta məktəbi qızıl medalla bitirib. 1975-1981-ci illərdə Azərbaycan Tibb İnstitutunda Müalicə-işi ixtisası üzrə təhsil alıb. 1981-1982-ci illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında Həkim-interna kursu keçib. 1988-ci ildə Ukrayna Respublikasında Həkimlərin Təkmilləşdirmə İnstitutunda Onkologiya üzrə birincili təkmilləşmə kursu, 1988-ci ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 2-ci dərcəli həkim kursu,1989-cu ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 1-ci dərcəli həkim kursu,1995-ci ildə Milli Onkologiya Mərkəzində Ali dərəcəli həkim kursu keçmişdir. 1997-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dissertantı olub. Çoxlu sayda elmi-tədqiqat əsərinin müəllifidir. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. 1982-1984-cü illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında həkim işləyib.
GEOnet Names Server
GEOnet Names Server —
Gecə namazı
Gecə namazı - Gecə yarısından sübh azanı arasında qılınan 11 rəkətlik namaz. 1) 4 ədəd 2 rəkətli namaz qılınır (sübh namazı kimi ). Hər birində birinci rəkətdə həmd və ixlas surələri, ikinci rəkətdə isə həmd və kafirun surələri oxunur. 2) 2 rəkət şəf namazı qılınır. Bu namaz da sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd və nas, ikinci rəkətdə isə həmd və fələq surələri oxunur. 3) Vitr namazı.
Günorta namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. 1-ci rükət Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rükət 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Zöhr namazı qılıram vacib qürbətən iləllah. Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə İxlas surəsi oxumaq. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Harriet Namusoke
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. Tarixin qəssabları kimlərdir?
Həyat Naminə (1980)
Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Həyat naminə (film, 1980)
Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.

Digər lüğətlərdə