NOMAD

n 1. köçəri; 2. səfil, sərsəri; səyyah, yolçu; tez-tez yerini dəyişdirməyi sevən adam

NOISY
NOMADIC
OBASTAN VİKİ
NoMad (Manhetten)
NoMad (ing. "North of Madison Square Park"), Medison Skver Norz (ing. Madison Square North) kimi də tanınır — Nyu-York şəhəri Manhetten borosunun Medison Skver Norz tarixi rayonunda yerləşən rayon. 1999-cu ildən istifadə edilən rayonun NoMad adı Medison Skver parkının şimalında yerləşməsi ilə əlaqəlidir. Rayonun cənub sərhədi 25-ci küçə, şimal sərhədi Şərqi 29-cu və ya 30-cu küçələr, qərb sərhədi Altıncı prospekt və şərq sərhədi Medison və ya Leksinqton prospektlərində yerləşir. Qonşu rayonları içərisində qərbdə Çelsi, şimal qərbdə Midtaun Manhetten, şimal şərqdə Mari Hill, şərqdə Rouz Hill və cənubda Fletayron yer alırlar. NoMad Manhettenin 5-ci dairəsinin bir hissəsidir. Feirstein, Sanna (2001). Naming New York: Manhattan Places & How They Got Their Names. New York: New York University Press.
Nomadizm
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.