NURƏ

işıq, aydınlıq, parlaqlıq; hörmət, şan, şöhrət.
NURÇİN
NURƏDDİN
OBASTAN VİKİ
Elşən Nurəliyev
Kamil Nurəhmədov
Kamil Kamal oğlu Nurəhmədov (10 iyun 1991-ci ildə Qusarın Şirvanovka kəndində anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == === Çempionat === 2011-12 -ci illər mövsümündə Kamil Nurəhmədov Sumqayıt klubunda bir mövsüm keçirdikdən sonra Neftçi Bakı klubuna icarəyə verilmişdir. Bu mövsüm Kamilin ən yaxşı mövsümlərindən birini hesab olunur. Kamil kimyaçıların tərkibində bütün turnirlər daxil olmaqla ümumilikdə 32 oyuna çıxmış və rəqib qapılarından 4 qol keçirməyi bacarmışdır. Bu nəticə ilə o, yerli futbolçuların arasında bir mövsüm ərzində keçirilən oyunların sayına görə rekord vurmuşdur. Yayda Kamil Neftçi Bakı klubuna transfer olmuş və bir mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ilin iyulunda Kamil Nurəhmədov yay transfer pəncərəsi zamanı Rəvan klubu bir illik müqavilə imzalamışdır. === Кубок === Kamil Azərbaycan Kubokunda 4 klubun tərkibində 7 oyuna çıxmışdır. == Avropa Liqası == Kamil Nurəhmədov 4 oktyabr 2011-ci ildə Neftçi Bakı klubunun üzvü olaraq UEFA Avropa Liqasının H qrupunda İnter Milan klubuna qarşı oyunda iştirak etmişdir.
Nurəddin
Nurəddin, Nürəddin, Nuriddin — kişilərə verilən şəxsi ad. Nurəddin Babayev — Nurəddin Həbibov — Nurəddin Sadıqov — Digər Nurəddin (Laçın) — Laçın rayonunda kənd. Nurəddin — Laçın rayonu ərazisində mineral bulaqlar.
Nurəddin (Laçın)
Nurəddin — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Yaşayış məntəqəsini Piçənis kəndindən köçüb gəlmiş ailələr keçmiş binə yerində salmışlar. Bəzi tədqiqatçılar kəndin adını Nurəddin şəxs adı ilə bağlayırlar. Güman ki, binə həmin şəxsə məxsus olmuşdur. Oykonim (1933) Nuraddin variantında da qeydə alınmışdır. Norədin variantında oykonim "uçqun, yarğan yaxınlığında məskən" mənasını ifadə edir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur.
Nurəddin Alışov
Nurəddin Aras
Nüreddin Aras (6 mart 1954, İğdır) — "Tərəqqi" medalı laureatı (2006). Nüreddin Aras 1954-cü il martın 6-da İğdır şəhərində anadan olmuşdur. Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk, orta və lisey təhsilini İğdırda almışdır. Liseydən sora Almaniyaya getmiş və Hote İnstitutunda dil təhsili almışdır. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etmişdir. İstanbul Universiteti Ədəbiyyat fakultəsinin coğrafiya bolumundə təhsil almışdır.1980-ci ildə İğdırda coğrafiya müəllimi təyin olunmuşdur. 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır Bələdiyyə sədri olmuşdur. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində Ədalət və İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilmişdir.
Nurəddin Ağahüseynov
Nurəddin Babayev
Nurəddin Babayev (jurnalist) — görkəmli yazıçı-jurnalist, alim, professor Nurəddin Babayev (kimyaçı) — Azərbaycan Milli Məclisinin deputatı (1990-1995), "Azərkimya" Dövlət şirkətitinin vitse prezidenti (1995-1998).
Nurəddin Babayev (jurnalist)
Nurəddin Həsən oğlu Babayev (23 mart 1921, Gəncə – 25 sentyabr 1991) — yazıçı-jurnalist, alim, professor (1981), publisist, pedaqoq, Əməkdar incəsənət xadimi (1982). Nurəddin Babayev 23 mart 1921-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Həsən Babayev və Zəhra Babayevanın ailəsində intellektual mühitdə böyüyən Nurəddin Babayevin böyük əmisi Çar ordusunun generalı olmuşdur. O, uşaq yaşlarında olarkən ailə Bakı şəhərinə köçmüş və Babayev orta məktəbi burada bitirmişdir. Ali təhsilini 1944-1949-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alan Nurəddin Babayevə o dövrün tanınmış ədib və mütəfəkkirlərindən dərs almışdır. Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və başqaları Nurəddin Babayevin həyatında böyük rol oynayıblar. Nurəddin Babayev jurnalistlik fəaliyyətinə 1940-1941-ci illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi başlamışdır. 1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşlərdə iştirak etmiş, ağır yaralanaraq baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. Nurəddin Babayev 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda, olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Nurəddin Babayev (kimyaçı)
Nurəddin Babayev (1935, Ağqula, Marneuli rayonu – 5 dekabr 2004, Sumqayıt) — Azərbaycan Milli Məclisinin deputatı (1990–1995), "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti (1995–1998). Nurəddin Bərgah oğlu Babayev 1935-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) rayonunun Ağqula kəndində anadan olmuşdur. 1942-ci ildə Ağqula kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, təhsilini Sadaxlı kənd orta məktəbində bitirmişdir. 1954–1957-ci illərdə keçmiş SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1958-ci ildən 1975-ci ilə kimi Sumqayıt Kimya zavodunda maşinist, növbə rəisi, texnoloq, sex rəisi, baş mühəndis və zavod direktoru vəzifələrində çalışmışdır. Nurəddin Babayev 1975-ci ildə Sumqayıt Üzvi Sintez Zavoduna direktor təyin olunmuş və 1987-ci ilə kimi bu vəzifədə işləmişdir. 1987-ci ildən Birliyin baş direktoru təyin edilmişdir. 1966-cı ildə Nurəddin Babayev "SSRİ-nin Kimya əlaçısı", 1985-ci ildə isə "Fəxri Kimyaçısı" adına layiq görülmüşdür. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Nurəddin Batruci
Əbu Cəfər Nurəddin Batruci (?-1217) — Ərəb astronomu. Modern astronomiyanın qurucusu. Əsl adı, Əbu Cəfər Nurəddin Əbu İshaq əl-Batruci el-İşbilidir. Doğum tarixi dəqiq bilinmir. Kordobanın şimalında, Pedroches şəhərində doğulduğu təxmin edilir. İspaniyadakı İşbildə (bugünkü adıyla Seviliya) yaşadığı üçün, Əl-İşbili ləqəbiylə məşhur oldu. Məşhur təbiblərdən İbn-i Tufeylinin tələbəsi oldu. Həyatı haqqında daha artıq bilgiyə qaynaqlarda rastlanmayıb. Nurəddin Batrucinin 1217-ci ilə qədər yaşadığı bilinir.
Nurəddin Cəfərov
Nurəddin Cəfərov (tam adı: Cəfərov Nurəddin Cəmaləddin oğlu; 1933, Nuxa – 2007) — Azərbaycan alimi, texnika elmləri doktoru. Cəfərov Nurəddin Cəmaləddin oğlu Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1959-cu ildə mexanik ixtisası üzrə APİ-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat üzrə Azərbaycanın Sumqayıt şəhərində işləmişdir. 1960–1964-cü illərdə Azərbaycan EA DNQYPİ-da dissertant olmuşdur. 1965–2003-cü illərdə bu institutun "Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası" laboratoriyasında mühəndisdən laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1965-ci ildə "Neftdaşıma konturunun yerdəyişməsinin və quyuların batareyalarının sulaşması prosesinin hidrodinamik tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə isə "Neft və qaz yataqlarının qeyri-bircins kollektorlarında süzülmə proseslərinin riyazi modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Cəfərov N. C. elmi fəaliyyətlə bərabər pedaqoji fəaliyyət ilə də məşğul olmuşdur. O BDU-nun Şəki filialında və dekan və kafedra rəhbəri olduğu Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 2003–2007-ci illərdə Azərbaycan MEA Geologiya İnstitutunun "Yeraltı hidrodinamika" şöbəsində elmi məsləhətçi işləyib.
Nurəddin Hümbətov
Nurəddin Hümbətov (həkim) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi,şair. Nurəddin Hümbətov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nurəddin Hümbətov (həkim)
Nurəddin Hümbətov-(tam adı: Hurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub) tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi,şair. Nurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi,əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Övladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir. 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub. 1963-cü ildə terapiya kafedrasında assistenti 1964-cü ildə dossenti 1977-ci ildə professoru 1979-cu ildən isə II terapiya kafedrasının müdiri 1964-cü ildə namizədlik 1975-ci ildə isə Saratovda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Nurəddin Hümbətov (professor)
Nurəddin Hümbətov-(tam adı: Hurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub) tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi,şair. Nurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi,əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Övladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir. 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub. 1963-cü ildə terapiya kafedrasında assistenti 1964-cü ildə dossenti 1977-ci ildə professoru 1979-cu ildən isə II terapiya kafedrasının müdiri 1964-cü ildə namizədlik 1975-ci ildə isə Saratovda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Nurəddin Hümbətov (əsgər)
Nurəddin Həbibov
Nurəddin Davud oğlu Həbibov (5 may 1923, Həzrə, Quba qəzası – 4 fevral 2006, Bakı) — professor. Nurəddin Həbibov Qusar rayonunun Həzrə kəndində anadan olub. İkinci cahan savaşının iştirakçısı olan N.Həbibov rəssamlığa olan sonsuz sevgisinə baxmayaraq müharibədən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetində, 1947–1951-ci illərdə isə Sankt-Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinin "İncəsənət tarixi" şöbəsində təhsil alıb və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. O, təhsilin başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Bir il sonra səmərəli fəaliyyətinə görə onu SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul ediblər. Həmin illərdə təsviri sənətin elmi cəhətdən öyrənilməsinə marağı onu Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına gətirib çıxarır və 1953–1956-cı illərdə burada təhsil alır. O, 1958-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. Elmi işlərini uğurla pedaqoji fəaliyyətlə əlaqələndirən Nurəddin müəllim 1984-cü ildə professor adına layiq görülüb. Milli Elmlər Akademiyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Nurəddin Həbibov burada şöbə müdiri vəzifəsinə qədər şərəfli yol keçib. Professor 1973–1988-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışaraq gənc kadrların hazırlanmasına xeyli əmək sərf edib.
Nurəddin Həmzə bəy
Həmzə bəy Bayandur — Ağqoyunluların tayfa başçısı. Cəlaləddin Əli Bəyin kiçik qardaşı idi. Qara Yuluq Osman bəyin oğlu. Həmzə bəy Bayandurun doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. O Ağqoyunlu tayfa başçısı Qara Yuluq Osman bəyin oğlanlarından biri idi. 1435-ci ildə atasının ölümündən sonra Teymuri Şahruxun oğlu Məhəmməd Cukinin qərargahında hakimiyyətin qardaşı Cəlaləddin Əli bəyə verilməsinə qarşılıq olaraq köçəri hərbi elitanın köməyi ilə paytaxtın təhlükəsizliyini təmin edə bilmişdi. Daha sonra 1436-cı ildə o Ərqanini ələ keçirmək üçün hazırlığa başlayır. Lakin onun hücumu Cəlaləddin Əli bəyin oğlu Cahangir Mirzə tərəfindən dəf edildi. 1437-ci il yayının əvvəlində Həmzə də qardaşı İsgəndər kimi öz bölgəsinin sərhədlərini genişləndirmək üçün Ağqoyunluların daxili çəkişmələrindən bəhrələnməyə ümid edirdi. O Bağdadın Qaraqoyunlu valisi İsfahan ibn Qara Yusifi məğlub edərək böyük hərbi nüfuz qazandı.
Nurəddin Kazımov
Nurəddin Kazımov (28 aprel 1926, Gəncə – 6 dekabr 2018, Bakı) — prezident təqaüdçüsü, akademik. Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada "III İnternasional" adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir. 1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır. Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır. Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur. Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.
Nurəddin Kiyanuri
Nurəddin Kiyanuri (1915, Bələdə, Mazandaran ostanı – 5 noyabr 1999, Mazandaran ostanı) — İranlı memar və siyasi lider. Kiyanouri kommunist Tudə Partiyasının Mərkəzi Komitəsinin nüfuzlu bir üzvü idi. O, 1979-cu ildən 1984-cü ilə qədər partiyanın baş katibi kimi çıxış etdi.Məryəm Firuz, onun həyat yoldaşı idi. Kiyanuri, Şeyx Mehdi Nurinin oğlu və Şeyx Fəzlullah Nurinin nəvəsi idi.
Nurəddin Mahmud Zəngi
Nurəddin Mahmud Zəngi (11 fevral 1118, Mosul – 15 may 1174, Dəməşq) — Zəngilər sülaləsindən olan hökmdar, atabəy. Nurəddin Mahmud Zəngi 1116-cı ildə Mosul şəhərində anadan olmuşdu. I İmadəddin Zənginin oğludur. 1154-cü ildən Dəməşqin əmiri idi. Səlahəddin Əyyubi atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Ona görə də atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövləti idarə etməyi də dərindən öyrəndi. Tədricən qüvvətlənməkdə olan atabəy Nurəddin Zəngi Misiri də tam şəkildə öz nəzarəti altına almaq istəyirdi. Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar. Bunu görən Zəngi Misirdaki üsyanı yatırtmaq və orada sabitliyi bərpa etmək məqsədilə Şirkuhu Fatimi xəlifəsi əl-Adidin tabeliyinə verdi. Atabəy Səlahəddini isə Şirkuhun köməkçisi təyin etdi.
Nurəddin Mehdixanlı
Nurəddin Mehdixanlı (əsl adı: Nurəddin Əzulla oğlu Quliyev; 6 oktyabr 1956, Tahirli, Astraxanbazar rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası. "Şöhrət" ordeni laureatı (2019) Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) (06.10.1956) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar: Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar), Muxtar ("Təhminə və Zaur", Anar), Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev), Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev), Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Ross ("Maqbet", Uilyam Şekspir), Aydın ("Aydın", Cəfər Cabbarlı), Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı), Ərtoğrul ("Afət", Hüseyn Cavid), Elxan ("İblis", Hüseyn Cavid), Şair ("Fəryad" Bəxtiyar Vahabzadə), Şahin ("Rəqabət" Bəxtiyar Vahabzadə), Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", R. Novruz), İppolit ("Fedra", J. Rasin), Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov), Bəbir bəy ("Dirilən adam", Mir Cəlal), Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Nemət Həsənzadə ("Bu dünyanın adamları", Hidəyət), Vətən ("Xəcalət", Hüseynbala Mirələmov), Tağıyev ("Mesenat", Əli Əmirli), Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov), Əmir Teymur ("Əmir Teymur", Hüseyn Cavid). Kişi ("21:15 qatarı", Toyqun Orbay) Şeyx Nəsurllua ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı) Qonaq ("Cəhənnəm sakinləri", Elçin) İmamyar ("Yaşar", Cəfər Cabbarlı) Aktyor Azərbaycan Dövlət Televiziyasında: Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul), C. Cabbarlının "Solğun çiçəklər" (Bəhram), N. Həsənzadənin "Kimin sualı var?" (İlham), B. Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim) teletamaşalarında iştirak edib. "Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.
Nurəddin Mirzəyev
Nurəddin Məstəliyev
Nurəddin Qənbər
Nurəddin Qənbər (azərb. Nurəddin Qənbər oğlu Mirzəyev‎; d.20 iyun 1933, Ağcabədi, Qaradolaq k.) — nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Fəxri cərrahı, Müharibə və Əmək vətəranı. 1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M.Qorki adına orta məktəbi bitirib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirir. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlamışdır. 1957-61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961-71-ci illərdə Azərbaycanda - Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973-74-cü illərdə isə baş həkim vəzifəsində çalışmışdır. Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N.Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir. Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirmişdi.

Digər lüğətlərdə