sif. 1. Ortayaş(lı), orta yaşlarda olan; nə cavan, nə qoca.
…Şərəf ortabab, qara və arıq övrətdi. C.Məmmədquluzadə.
2. Orta keyfiyyətli; miyanə.
Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı. B.Bayramov.
3. Kiçik torpaq sahəsinə malik olub, onu öz əməyi ilə becərən və mülki vəziyyətinə görə yoxsulla qolçomaq arasında duran fərdi təsərrüfatçı kəndli.
[Almas:] Yoldaşlar, mənim sözüm yoxsul və ortabab kəndlilərədir. C.Cabbarlı.
Cavahir, doğrusu, mən muzdur oğlu; Sən də bir ortabab kəndli qızısan. M.Müşfiq.
// İs. mənasında. Kənd yoxsulları ilə ortababların ittifaqı.