OVÇU

is.
1. Ovla, ovçuluqla məşğul olan adam. Ovçu tüfəngi. Həvəskar ovçu.
– Ovçu yanında göz qırpmaq olmaz. (Məsəl).
Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. A.Şaiq.
[Milis müvəkkili Əzizə:] …Silahınızı Ovçular İttifaqında qeydə aldırmısınız? B.Bayramov.

// məc. Obrazlı təşbehlərdə.
Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun.

□ Ovçu gözü (gözləri) – iti görən, həssas, diqqətli gözlər haqqında. Midhət göylərə baxdı.
Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. Ə.Vəliyev.

Ovçu yuxusu – sayıq yatan adamın yuxusu.
Ovçu yuxusu sayıq olar. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OVÇU OVÇU Ovçu, insaf elə keçmə bu düzdən! O çöllər qızını ayırma bizdən! (S.Vurğun); SƏYYAD Yenicə uçmağa qanadlandım; Onu zülm ilə qırdı bir səyyad
OVCALAMAQ
OVÇULUQ

Digər lüğətlərdə