1. Yuxudan ayılmaq, gözlərini açmaq.
Sübh tezdən yuxudan oyanan kimi eşitdim, … rəiyyətin birinin evində qilüqal səsi gəlir.
Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır.
2. məc. Canlanmaq, hərəkətə gəlmək. Kənd oyandı.
– Tikintidə artıq həyat oyanırdı.
// məc. Cana gəlmək, canlanmaq, dirilmək, inkişafa başlamaq.
Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət.
Bəzi yerlərdə torpaq yenicə oyanır, taxıllar boy atmağa başlayırlar.
3. məc. Gözü açılmaq, qəflət yuxusundan ayılmaq, hərəkətə gəlmək. Məzlum siniflər oyandı.
4. məc. Əmələ gəlmək, doğmaq, törəmək.
Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı.
Zeynəbin qəlbində qayğı və mərhəmət hissi oyandı.
5. məc. Özünü tanımaq, özündə kişilik əlamətləri hiss etməyə başlamaq.