PADŞAH

is. [ fars. ]
1. Hökmdar, imperator, şah, sultan. Qoy səndən kiçiklər çapsınlar, sən çapma.
Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər. Qabusnamə”.

2. məc. dan. Yarışda, oyunda, məclisdə və s.-də başçılıq edən adama verilən ad.
Yat, yat, İmamqulu! – deyə birdən padşah çığırdı, – yat, yat! Çəmənzəminli.
Toy məclisidir.
Qoçu Əsgər padşah olub, yuxarı başda əyləşibdir. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PADŞAH PADŞAH (köhn.) Xudbin padşah məmləkətin abadlığını düşünüb bir iş başlamazdı (M.İbrahimov); ÇAR (qədim Rusiyada) Alışdı ürəyim kindən, qəzəbdən! Güllə
PADAR
PADŞAHLIQ

Digər lüğətlərdə