Qoca, ağsaqqal, ixtiyar.
Bir məhəlləsində yeddilər, beşlər,
Bir məhəlləsində bəzirgan işlər,
Bir məhəlləsində doqquz dərvişlər,
Bir məhəlləsində piran əyləşmiş.
(“Əsli və Kərəm”)
*
Kərəm deyər, kam almadım dünyada,
Cəfa çəkdim, ömür verdim mən bada,
Məcnun kimi dolanaram səhrada,
Qocalmışam, piran oldum, belə bax.
(“Əsli və Kərəm”)
*
Bəhram atasından ayrılıb bir ata süvar oldu, yola düşdü. Çox getdi, az getdi, çoxa, aza qərar qoya bilmərik, getdi, yol kənarında bir pirana rast gəldi. (“Bəhram-Gülxəndan”)