İsrafil bəy Yadigarov (podpolkovnik)
İsrafil bəy Həsən bəy oğlu Yadigarov (rus. Исрафил-бек Едигаров, Исрафил Бек-Иедигаров; gürc. ისრაფილ-ბეგ იედიგარივი; pol. Izrafił bek Jedygarow, Israfił bek Jedigar; 7 avqust 1888, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 18 may 1939) — Rusiya imperiyası, Gürcüstan və Polşanın Azərbaycan əsilli hərbi xadimi.
General-leytenant İsrafil bəy Yadigarovun nəvəsidir.
== Həyatı ==
İsrafil bəy Yadigarov 7 avqust 1888-ci ildə Tiflisdə milis praporşiki və varlı mülkədar Həsən bəy Yadigarovun (1854/56–1934) ailəsində anadan olmuşdur. İsrafil bəyin adını daşıdığı babası İsrafil bəy Yadigarov rus ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi. Babası İsrafil bəyin kiçik qardaşı 1844–1848-ci illərdə isə Peterburq universitetində ərəb-fars-türk filologiyası üzrə təhsil almış və Rusiyada universitet təhsilinin tam kursunu başa vuran ilk azərbaycanlı Ağa bəy Yadigarovdur. Yadigarovlar əslən Borçalı qəzasının Təkəli kəndindəndirlər.
=== Rus ordusunda ===
O, 1898–1905-ci illərdə Tiflisdəki Kadetlər korpusunda oxuyur.