QIZINMAQ₁

qayıd. Odun və ya günəşin qabağında, yaxud bir şeyin istisində öz bədənini qızdırmaq, istiləndirmək; isinmək.
[Onlar] xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. M.S.Ordubadi.
Mən istədim ki, sizdə bir az qızınıb rahat olam. S.S.Axundov.
Mahmud və yoldaşı çay içdikdən sonra, bir az qızınıb hallandılar. B.Talıblı.

// Məc. mənada.
İlk yaz günəşi ilə qızınan torpaq da sanki adamlar kimi … nəfəs alır, ayılırdı. M.İbrahimov.

Omonimlər

  • QIZINMAQ QIZINMAQ I f. İsinmək, istiləndirmək. Mən istədim ki, sizdə bir az qızınıb rahat olam (S.S.Axundov). QIZINMAQ II f
QIZINMA
QIZINMAQ₂

Digər lüğətlərdə