1. Çox qızmaqdan qırmızılaşmış, közərmiş, qıpqırmızı olmuş, köz bağlamış. Qızarmış dəmir. Qızarmış kömür.
– Kürənin daşları pul kimi qızarmış, divarları qovrulurdu.
2. Od üstündə qovrulub qızarıncaya qədər bişmiş. Qızarmış ət, balıq.
– [Məşədi Heydər] …qolunu çırmayıb, qırmızı butalı nimçənin ortasında köndələn yıxılan cücənin qızarmış budundan yapışdı.
Qazanlar buğlanır, dadlı, qızarmış ət qoxusu ətrafa yayılırdı.
3. Qırmızı olmuş, qırmızı rəng almış. Qızarmış yanaqlar. Qızarmış gözlər. – [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi.
Tez-tez əsnəyirdi.
Kəndlini hirsindən qızarmış görən vəkil özünü itirdi.
4. Yetişmiş, dəymiş. Qızarmış narları (almaları) dərmək.