1. Addım.
Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi.
Atlar başladılar qədəm ilə getməyə.
// Saylarla bərabər məsafə bildirir.
Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar, kolun dalısında Sona xanım … o yan-bu yana baxır.
[Güldəstə:] …Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb.
2. Ayaq. Nə xoş olardı o saat ki, bəxt üzündən mən; Qədəmlərində ölüb yarımın, verəydim can. Heyran xanım.
Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy.
[Əbdüləli bəy:] O gözəl qədəmlərə baxmaq böyük səadətdir.
□ Qədəm basmaq (qoymaq) – 1) ayaq basmaq, daxil olmaq.
Dün naz ilə qədəm basanda bağa; Şimşadü sənubər düşdü ayağa.
Qədəm qoyub yar yanına gələndə; Elə gəl, elə get, yol inciməsin. Aşıq Abbas; 2) məc. başlamaq, şüru etmək, iqdam etmək.
İctimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran … qoca bir qadın idi.
Əhməd həmişəki kimi burada da öz sevdiyi şüarını təkrar edib, icrasına qədəm qoydu.
◊ Qədəmi yüngül (xoş) – bax ayağı yüngül (“ayaq”da). [Mirzə Salman:] Bənövşə, yenə də qabağa düşüb yol göstər.
Nişanlı qızın qədəmləri yüngüldür.
Yağ, a qar, yağ, qədəmin xoşdur, yağ! Döyünən qəlbimizi coşdur, yağ!
Qədəmin mübarək (olsun)! – gələn adamı təbrik üçün işlənir – xoş gəlmisən! [Ağca xanım:] Elə həmişə sən gələsən, qədəmin mübarək olsun!