QƏLƏMKAR

is. [ ər. qələm və fars. …kar]
1. Parça və s. üzərində incə naxışlar çəkən usta, nəqqaş.
2. Qıraqları haşiyəli və ortası güllü parça.
Süfrə İsfahanda qayrılmış “qələmkar” adlı güllü bir parçadandı. M.S.Ordubadi.
Əvvəlləri İrana səfər edərək, çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq.

// sif. Qıraqları haşiyəli və ortası güllü.
Otaqları tərtəmiz süpürtmüş, sildirmiş, lazım olan … bəzəyi vermiş, masa üzərində incə naxışlı qələmkar süfrə sərmişdi. A.Şaiq.
Bu əsnada qələmkar pərdəli qapı açıldı. Çəmənzəminli.
Bayram axşamının gecəsi bütün ailə evə toplanardı.
Qələmkar süfrə ortalığa döşənərdi. H.Sarabski.

// məc. şair. Qələm kimi düz və incə.
Günəşüzlü, aycamallı; Qəddi qələmkar necoldu? Aşıq Hüseyn Cavan.

QƏLƏMİ
QƏLƏMKARLIQ

Digər lüğətlərdə