QƏNŞƏR

is. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. Qapının qənşəri. Evin qənşərində.
– Kəndlinin qənşərində bir sürü qaz; Bir çubuqla sürürdü çox saymaz. A.Səhhət.
Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu. İ.Əfəndiyev.

□ Qənşər gəlmək – üz-üzə gəlmək, rast gəlmək.
Uğura qənşər gələsən, oğul, – deyə qoca çobanın qolundan tutub öz yanında oturtdu. M.Rzaquluzadə.

// Qarşıda yaxşı görünən yer.
[Səmədi] Krım çöllərində Üçtəpə adlanan qənşər bir yerdə basdırdı(lar). Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏNŞƏR irəli — qabaq

Antonimlər (əks mənalı sözlər)

  • QƏNŞƏR QƏNŞƏR – ARXA Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu (İ

Etimologiya

  • QƏNŞƏR Qaraq (“göz” demək olub) sözü ilə qohumdur. “Göz tərəf” (ön tərəf) de­mək­dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏNNADIÇILIQ
QƏNŞƏRLƏMƏK
OBASTAN VİKİ
Qənşərbulaq
Qənşərbulaq (fars. قانشاربلاغ‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.

Digər lüğətlərdə