QƏRYƏ

is. [ ər. ] köhn. Kənd.
Yollar xarab, qəryələr viran, … qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais. M.F.Axundzadə.
İki gün yol gedib yetişdik məşhur Kəleybər qəryəsinə… C.Məmmədquluzadə.
Eşidirdim mən atların səsini; Qəryəyə axşam üstü dönməsini. A.Səhhət.
[Usta:] Bəli, oğlum, görünür ki, bütün ətraf qəryələri tapdaya-tapdaya məxsusən mənim yanıma gəlmisən. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏRYƏ qəryə bax kənd
QƏRQ
QƏRZ

Digər lüğətlərdə