1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. Hadisələri qabaqlamaq.
– Firidun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi.
2. Qabağını kəsmək, qabağında dayanıb getməyə qoymamaq.
Cahan istəyir getsin, Soltan bəy tez qabaqlayır.
Qədir … özünü görməməzliyə vurub, yandan ötmək istədi. Sona onu qabaqladı.
3. Başqasının etmək istədiyi bir işi ondan qabaq görmək, yaxud söyləmək istədiyi bir şeyi ondan qabaq söyləmək. Mən deyəcəkdim, lakin o məni qabaqladı.
– Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı.
Gözəl ayağa durub Həbibin yanına gəlmək, onun sağ əlinə diqqətlə baxmaq fikrinə düşəndə, Həbib onu qabaqladı.
4. Ötmək, keçmək. Budur, aşağıdan üçüncü dolayıdan başıyuxarı iki atlı çapışır.
Görək bunların hansı qabaqlayacaq.
5. Qabağına salmaq. Nəzarətçilərdən biri oğrunu qabaqlayıb gətirdi.