1. Olmayan, hazır olmayan, gəlməmiş, gözdən uzaqda olan (hazır müqabili). Bu gün məktəbdə bir nəfər də olsun, qaib yoxdur.
□ Qaib olmaq – yox olmaq, gözdən itmək.
O gündən kim, gözümdən qaib olmuş mahi-rüxsarın; Olubdur çeşmimə tarik yeksər bu cahan sənsiz.
İyirmiiyirmi beş igid hərəsi bir at eşiyə çəkib çaparaq mindilər və qaib oldular.
Ceyran söz anlar kimi, sıçrayıb, meşədə qaib olur.
2. Qrammatikada: üçüncü şəxs, haqqında danışılan şəxs. Azərbaycan dilində “o” qaib əvəzliyidir.