QANE

[ ər. ] Qane olan, əldə etdiyi, yaxud əlində olan şeylə kifayətlənən, tamah etməyən. Nə versələr, ona qaneyəm.
□ Qane etmək – kifayətləndirmək, razı etmək, təmin etmək, inandırmaq.
Arazı bu cavab qane etmədi. A.Şaiq.
Bütün hücum növləri içərisində Ulduzu ən çox qane edən tank hücumları idi. Ə.Məmmədxanlı.

Qane olmaq – kifayətlənmək, razı olmaq. Aza qane olmayan çoxa yetişməz. ( Ata. sözü ).
[Ağa Mərdan:] İkinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan. M.F.Axundzadə.
Tapmasan saf, dürrə, ol qane; Ki, sənə kimsənə deyil mane. S.Ə.Şirvani.
Leytenant xəyalında kapitanı dinləyir, onun dəlil və sübutları ilə qane olmayaraq, ürəyində kəskinliklə danışırdı. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QANE inanma — kifayətlənmə

Etimologiya

  • QANE Ərəbcədir, qənaət sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QANDIRMAQ
QANEEDİCİ
OBASTAN VİKİ
Qışlaq-i Qane (Kəleybər)
Qışlaq-i Qane (fars. قشلاق قانه‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (5 ailə).
Qaneşa
Qaneşa (sanskr. गणेश) — hinduizmdə müdriklik və gözəl sənətlər tanrısı, elmlər hamisi. Dünyada Hindistan panteonunun ən çox pərəstiş edilən tanrılarından biri. Qaneşanı adətən insan bədəni və fil başı ilə siçovulun üstündə təsvir edirlər. Əsatirə görə Qaneşa Şiva və Parvatinin oğludur. Bəzi fərziyələrə görə Qaneşanın başını doğma atası Şiva qoparmış və yerinə yaxınlıqdakı fil balasının başını qoymuş. Digər əsatirə görə isə Şivanın başını onun ad gününə çağırılmamış Şani tanrısı (Saturnun təsviri) baxışı ilə külə döndərmiş. Brahma da Şivaya məsləhət görür ki, Qaneşanın başının yerinə qarşısına çıxan ilk heyvanın başını qoysun. Bu heyvan İndranın Ayravata adlı fili olur. Qaneşanın rəmzi daşı qırmızıdır.
Əhməd Qanem
Əhməd Ghanem və ya Ahmed Ghanem,(ərəb. أحمد غانم ‎) ,Misirli siyasi yazıçı və nonfiction Misirdə 22 aug -ci ildə anadan olub. Misir inqilabının kitabı. Misir Qadını Təhrir Meydanında romanı Yeni şəhər Kitab Misir Baş Authority , Kitab nömrəsi verilməsi 11513& 2012 . Rəsmi səhifəm Əhməd Ghanem.

Digər lüğətlərdə