QARAÇILIQ

is.
1. Qaraçı həyatı, qaraçı güzəranı, qaraçı məişəti.
2. məc. Qışqırıqçılıq, küy-kələkçilik; həyasızca qışqırıq salma, həyasızlıq. [Nəcəf bəy Nazlı xanıma:] Qaraçılıq lazım deyil.
Mən sənə dedim, aləm yığıla, üç qəpik verməyəcəyəm. Ə.Haqverdiyev.

3. məc. Xəsislik.
4. məc. Yolçuluq, dilənçilik.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARAÇILIQ yolçuluq — dilənçilik
  • QARAÇILIQ qışqırıqçılıq — küy-kələkçilik — həyasızlıq
  • QARAÇILIQ xəsislik — simiclik

Antonimlər (əks mənalı sözlər)

  • QARAÇILIQ QARAÇILIQ – HƏYALILIQ Boy, boy, boy! İvan bəy, qaraçılıq lazım deyil (N.Vəzirov); Qumru həyalılığından qıpqırmızı qızardı
QARAÇI
QARAÇIRAQ

Digər lüğətlərdə