QARALMAQ

f.
1. Qara olmaq; hisdən, günəşdən, yaxud başqa bir şeyin təsirindən rəngi qara olmaq, rəngi tündləşmək. Qazan ocaq üstə qalıb qaralmışdır. Lampanın şüşəsi hislənib qaralmışdır. Günün altında gəzib qaralmaq.
– Kürəkləri də tərdən və hisdən qapqara qaralmışdır. M.S.Ordubadi.
[Mirzə Möhsün] bir az kökəlmiş, bir az da qaralmışdı. Qantəmir.

2. Qaranlıqlaşmaq, tutulmaq (hava, günəş, göy və s. haqqında). Qışda hava tez qaralır. Qərbdə üfüq qaralır.
– Bu zaman hava yavaş-yavaş qaralmağa başladı. İ.Əfəndiyev.
Hamısı … bizim həyatımızı isindirən bir azad günəşin qaralmaması üçün öz həyatlarını fəda verdilər. Ə.Məmmədxanlı.

3. Sönmək, keçmək; sönmək üzrə olmaq; soyumaq. Ocaq qaraldı. Manqalda kömür qaraldı.
– Baxaraq günəşə dedim: şivəkar; Qaralsan dönməzmi cahan zülmətə? M.Rahim.
Uzaqda fişənglər yanır, qaralır; Başımın üstündə güllə fit çalır. Ə.Cəmil.

// Qaranlıq çökmək, qaranlıq içərisində görünməz olmağa başlamaq, yaxud işıqları sönmək.
Daxmalar sakit-sakit qaralırdı. M.Hüseyn.

4. Görünmək (qara şey, qaraltı haqqında).
[Vəli:] Bəsdir, çox vəz vermə, görürsənmi yuxarıda bir zad qaralır. M.F.Axundzadə.
[Rəşid:] Sən bir nəfər ilə gedib sağdakı qaralan təpənin başında uzanıb yanlara baxarsan. H.Nəzərli.
Çayın boğuq səsinə səs verən meşə yavaş-yavaş çəndən təmizlənir, uca şam ağacları qaralmağa başlayır. M.Hüseyn.

5. məc. Pərtlikdən, acıqdan, hirsdən üzünün rəngi çevrilmək; tutulmaq, pozulmaq.
Ağalar xan qaraldı, dodaqlarını gəmirəgəmirə soruşdu: – Cənnət kişi qızını verirmi? S.Rəhimov.

6. Tutulmaq, çətinləşmək. Səsi qaralmaq. Nəfəsi qaralmaq.
– Qoca bir an nəfəsini dərdi, çünki, ərəb kübarının ad, ləqəbi, nisbəsi bir-birinə bənd olunmuş elə uzun bir zəncir idi ki, sadalayıb qurtarınca nəfəsi qaralırdı. Ə.Məmmədxanlı.

7. məc. Pisləşmək, xarablaşmaq, fənalaşmaq, əzablı, əziyyətli olmaq, məhrumiyyətlər və fəlakətlər başlamaq.
Ağca xanımın ağ günləri də beləcə qaralmış, puç olub getmişdi… Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARALMAQ qaranlıqlaşmaq — tutulmaq
  • QARALMAQ sönmək — keçmək
  • QARALMAQ görünmək
  • QARALMAQ tutulmaq — pozulmaq
  • QARALMAQ pisləşmək — xarablaşmaq
  • QARALMAQ hislənmək
  • QARALMAQ qaralmaq bax sönmək

Antonimlər (əks mənalı sözlər)

  • QARALMAQ QARALMAQ – AÇILMAQ Bu zaman hava yavaş-yavaş qaralmağa başladı (M.S.Ordubadi); Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül (Q
QARALMA
QARALTI

Digər lüğətlərdə